Böyük Fransa inqilabı
Fransa və Avropa siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm hadisələrdən biri / From Wikipedia, the free encyclopedia
Böyük Fransa inqilabı[1] (fr. Révolution française; 1789–1799) — Fransa və Avropanın siyasi tarixində köklü dəyişikliklərə səbəb olmuş ən mühüm tarixi hadisələrdən biri. O dövr Fransasında, eləcə də digər aparıcı Avropa ölkələrində hakim zadəgan və katolik ruhanilərinə verilmiş qeyri-məhdud imtiyazlarla xarakterizə olunan mütləq monarxiyadan demokratiyaya keçid, vətəndaşlıq və insan hüquq və azadlıqları kimi mütərrəqqi prinsiplərə əsaslanan siyası-sosial inqilab.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Böyük Fransa inqilabı | |
---|---|
Yer | |
Tarix | 5 may 1789 |
Vikianbarda əlaqəli mediafayllar |
İnqilab qanlı iğtişaşlar, minlərlə insanın təqib və edamıyla müşahidə olunumuş, hətta beynəlxalq səviyyədə ciddi narahatlıq doğurmuşdur. İnqilab özündən sonra Avropada Napoleon müharibələri, Fransada monarxiyanın bərpası və nəhayət müasir azad, demokratik Fransanın simasını müəyyənləşdirəcək daha iki inqilaba səbəb olmuşdur. İnqilabdan sonrakı 75 il ərzində Fransa respublika, diktatorluq, konstitusiyalı monarxiya və iki müxtəlif imperiyalar halında mövcud olmuşdur.