![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/53/ESC2016_-_Italy_Meet_%2526_Greet_13_%2528cropped%2529.jpg/640px-ESC2016_-_Italy_Meet_%2526_Greet_13_%2528cropped%2529.jpg&w=640&q=50)
Françeska Mikyelin
From Wikipedia, the free encyclopedia
Françeska Mikyelin (it. Francesca Michielin; d. 25 fevral 1995, Bassano-del-Qrappa, Viçentsa, İtaliya) — İtaliya müğənnisi və bəstəkarı. O, İtaliyanın X Factor musiqi yarışmasındakı qalibiyyətindən sonra şöhrət qazanmışdır. Onun debüt sinqlı "Distratto" İtaliya hit paradlarında zirvədə yer almışdır. Mikyelinin Riflessi di me adlı debüt albomu 2012-ci ilin oktyabr ayında işıq üzü görmüşdür.
Françeska Mikyelin | |
---|---|
it. Francesca Michielin | |
![]() Françeska Mikyelin 2016-cı ildə | |
Ümumi məlumatlar | |
Doğum adı |
Françeska Mikyelin it. Francesca Michielin |
Doğum tarixi | (29 yaş) |
Doğum yeri | Bassano-del-Qrappa, Viçentsa, İtaliya |
Vətəndaşlığı |
![]() |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2011–h.h. |
Janrlar | pop, rok |
Musiqi alətləri | vokal, piano, bass |
Albom şirkəti | Sony Music |
francescamichielin.it | |
![]() |
O, eyni zamanda İtaliyanın tanınmış reperlərindən olan Fedez ilə əməkdaşlıq etmiş və onlar "Cigno nero" və "Magnifico" mahnılarını birlikdə duet şəklində ifa etmişdirlər. Hər iki mahnı İtaliyada hitə çevrilmişdir. Mikyelinin ikinci Top-10 sinqlı isə 2015-ci ildə buraxılan "L'amore esiste" olmuşdur.
2016-cı ildə Mikyelin İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında iştirak etmiş və ifa etdiyi "Nessun grado di separazione" mahnısı ilə festivalda ikinci yerə layiq görülmüşdür. Həmin mahnının qısaldılmış versiyası ilə ifaçı İtaliyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.