Folsom küçəsi yarmarkası
From Wikipedia, the free encyclopedia
Folsom küçəsi yarmarkası (ing. Folsom Street Fair) — 1984-cü ildən etibarən San-Fransisko şəhərində hər il sırf könüllülük əsasında sentyabr ayının son bazar günü qeyd olunan kütləvi festival.[1] Bu, BDSM submədəniyyətinin ən geniş və kütləvi tədbirlərindən biri hesab olunur; belə ki, həmin festival çərçivəsində, yetkin yaşlı və alternativ seksual düşüncəyə malik insanlar, təhlükəsiz şəkildə özünüifadə etmək azadlığına sahibdirlər. Burada həmçinin müxtəlif seks oyuncaqlar, sadomazoxizm, flagelyasiya, bondaj üçün dəri materiallardan əşyalar satılır. Folsom küçəsində daim şənlik, bayram, flirt və azad seks ruhu hökm sürür, festivaldan əldə olunan vəsait gəlirləri isə, ənənəvi olaraq yerli xeyriyyə təşkilatlarına ianə edilir.
Folsom Street Fair | |
---|---|
| |
Ölkə | |
Qeyd olunmağa başlayıb | 1984 |
Başlayır | sentyabr ayının son bazar günü |
folsomstreet.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Bəzən qısaca olaraq FSF adlandırılan bu festival-yarmarka, San-Fransisko şəhərinin cənubunda yerləşən Market (ing. South of Market, SoMa) rayonun 8-ci və 13-cü küçələri arasında qərarlaşmış reprezentativ Folsom küçəsində keçirilir. Onunla perpendikulyar şəkildə məşhur Embarkadero liman sahil şossesi və Alleman bulvarı kəsişir. Yarmarkada həmçinin maraqlı diskount sistemi mövcuddur; belə ki, əhalinin kasıb təbəqəsi üçün istiqamətləndirilmiş $10 və ya daha çox ianələr müqabilində, qonaqlara yarmarkada alınmış hər bir spirtli içki üçün 2 dollar endirim təklif edilir.[2]