Fironlar adası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Faraonlar adası (ərəb. جزيرة فرعون) — Qırmızı dənizə dail olan Akaba körfəzində yerləşən qayadan ibarət olan ada. Ada misirə məxsusdur. Adanın sahəsi 0.039 km²-dir. 2013-cü il məlummatına görə adada daimi yaşayış yoxdur.
Fironlar adası | |
---|---|
ərəb. جزيرة فرعون | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,039 km² |
Uzunluğu |
|
Eni | 0,17 km |
Hündür nöqtəsi | 14 ± 1 m[1] |
Əhalisi | 0 nəfər (2013-cü il) |
Yerləşməsi | |
29°27′48″ şm. e. 34°51′34″ ş. u.HGYO | |
Ölkə | Misir |
Region |
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sinay yarımdasından bir qədər aralıda, Ərəbistan yarımadasından isə qərbbdə yerləşir. Ada Tabadan 8 km cənubdadır. Adanı sinay yarımadasından ensiz boğaz ayırır. Ada ilə yarımada arasında ən qısa məsafə 190 metrdir[2]. Adanın uzunluğu 350 m, eni isə 170 metrdir. Ada Qırmızı dənizə daxil olan Akaba körfəzinin suları ilə yuyulur. Səhra-quruçöl iqliminə malikdir. Dənizin hesabına rütubəlik nisbətən yüksəkdir. İllik yağıntının miqdarı olduqca aşağıdır. Bitki və heyvanlar aləmi baxımından kasıbdir.
Ada əvvəllər ticarət yolları üzərində bir məntəqə olmuşdur. Ada haqqında ilk məlumatlar I Böyük Hiramın hakimiyyəti illərinə aiddir[3]
XII əsrdə səlibçilər Qahirə ilə Dəməşq arasındakı yolu qorumaqdan ötrü adada gözətçi məntəqəsi inşa edirlər. Onlar adanı İl-de-Qray adlandırırlar. Ərəblər isə adaya Ayla adını vermişlər. Hazırdada İordaniyanın Akaba sahilləri bu cür adlanır[4]. Ancaq bir müddət sonra isə onlar adanı tərk edirlər. 1170-ci ildə Səlahəddin Əyyubi adanı ələ keçirir və burad öz qarnizonunu yerləşdirir. 1181-ci ilin noyabr ayında Şatilyonlu Reynald adfaya hücum etmişdir. Müsəlmanların hərbi blokadası 1183-cü ilin əvvəllərinə qədər davam etmişdir. Blokada cəmi iki gəmi ilə aparılırdı. Ancaq bundan bir nəticə əldə olunmamışdlır. Bir müddətdən sonra isə adada balıqçı kəndi salınmışdır. XIV əsrin əvvəllərində adada məmlüklərin ali çinli şəxsləri yaşayırdı. Sonrada onlkar Akabeyə yollanmışlar.[5]. Adanın yerləşdiyi ərazi Ərəb xilafəti, Misir Məmlükləri, Osmanlı imperiyası, Misir krallığının ərazisi olmuşdur. Hazırda isə Misir Ərəb Respublikasının ərazisidir.
Taba və Akabe şəhərlərindən turistlər adaya gəmilərlə axın edir. Burada qaladan başqa turistləri mərcan rifləri cəlb edir[6]. Bununda əsas səbəblərindən biri İordaniya və İsrail sərhədləri yaxınlığında yerləşməsidir. Ərəb baharı hadisələrindən sonra ölkədə vəziyyət kritikləşir. Bundan sonra adaya axın azalmışdır.
28 iyul 2003-cü ildə qala YUNESCO ümumdünya irsi siyahısına namizəd olaraq göstərilmişdir. Ancaq bu adı ona hələ də verməmişlər[7]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.