Filmfare Mükafatları hər il Times Group tərəfindən Bollivud mütəxəssislərini həm bədii, həm də texniki cəhətdən təltif etmək üçün verilən film mükafatlarıdır. Filmfare mükafatlarının təqdim olunduğu mərasim Hindistan kinosunda ən qədim və ən mühüm film hadisələrindən biridir. Mükafatların ilk dəfə verildiyi 1954-cü il həm də Milli Film Mükafatlarının verilməyə başladığı il olmuşdur. Əvvəlcə onu “The Times of India” jurnalının və onun naşiri Clare Mandynin şərəfinə Clare Mükafatları (Clare Awards) adlandırılırdı. Tədbirin qaliblərini müəyyən etmək üçün 1956-cı ildən ikiqat səsvermə sistemi tətbiq olunmuşdur. Milli Film Mükafatları tədbirində isə bundan fərqli olaraq, Hindistan hökuməti tərəfindən təyin olunan münsiflər heyəti tərəfindən mükafatın kimə veriləcəyi haqqında qərar verilir. İlk mükafatlandırma mərasimində yalnız beş kateqoriya üzrə mükafatlar verilmişdir. Bu gün bu rəqəm otuza çatıb. Filmfare Mükafatları ictimaiyyət və ekspertlər komitəsi tərəfindən səsə qoyulur. Filmfare Mükafatları ümumiyyətlə Hind kinosunda Oskarların ekvivalenti kimi qəbul edilir.

Cəld faktlar
Bağla

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.