Fate/stay night: Heaven's Feel II. lost butterfly
From Wikipedia, the free encyclopedia
Fate/stay night: Heaven's Feel II. lost butterfly (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi II. itmiş kəpənək) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2019-cu ildə istehsal olunmuş fentezi anime filmi.[1] "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının ikinci filmidir. Əvvəlki filmdə Müqəddəs qədəh döyüşündən kənar qalan və xidmətçisini itirən baş qəhrəman Şiro Emiya onun üçün dəyərli insan olan Sakura Mato və digər iştirakçılar üçün həll yolu axtarmağa çalışır.
Fate/stay night: Heaven's Feel II. lost butterfly | |
---|---|
| |
Janr | fentezi |
Rejissor | Tomonori Sudo |
Prodüser | Hikaru Kondo |
Əsərin müəllifi | Type-Moon şirkətinin "Fate/stay night" oyunu |
Ssenari müəllifi | Akira Hiyama |
Baş rollarda |
Noriaki Suqiyama Noriko Şitaya Yuu Asakava May Kadovaki Kana Ueda Ayako Kavasumi |
Bəstəkar | Yuki Kaciura |
İstehsalçı | Ufotable |
Distribütor | Aniplex |
İlk baxış tarixi | 12 yanvar 2019 |
Filmin növü | anime |
Müddət | 117 dəq. |
Gəlir | 19,8 milyon $ |
Ölkələr | Yaponiya |
Dil | yapon |
Əvvəlki film | Fate/stay night: Heaven's Feel I. presage flower |
Sonrakı film | Fate/stay night: Heaven's Feel III. spring song |
IMDb | ID8091892 |
Filmin Yaponiyada premyerası 12 yanvar 2019-cu ildə ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel III. spring song" 15 avqust 2020-ci ildə buraxılmışdır.