Fate/Zero seriyalarının siyahısı
From Wikipedia, the free encyclopedia
Fate/Zero (フェイト/ゼロ, Feito/Zero?, azərb. Tale/Sıfır) — Ufotable animasiya studiyası tərəfindən eyniadlı ranobe seriyası əsasında çəkilmiş anime serialı.[1] Anime serialının rejissoru Ey Aoki, ssenaristləri isə Akira Hiyama və Akihiro Yoşidadır. Personajların ilkin dizaynlarını Takaşi Takeuçi hazırlamış, Atsuşi İkariya və Tomonori Sudo orijinal dizaynlardan istifadə edərək anime üçün personajları dizayn etmişdirlər. Anime üçün musiqi Yuki Kaciura tərəfindən bəstələnmişdir.[1][2] Anime serialı Type-Moon şirkəti tərəfindən istehsal olunmuş "Fate/stay night" vizual romanında baş verən hadisələrin 10 il əvvəlidir: yeddi ustanın və yeddi xidmətçinin Fuyuki şəhərində ortaya çıxacaq Müqəddəs qədəhi əldə etmək üçün qatıldıqları Dördüncü Müqəddəs qədəh müharibəsi animenin mövzusudur.[3][4]
Ölkə | Yaponiya |
---|---|
Seriya sayı | 25 |
Orijinal kanal | Tokyo MX, GYT, GTV, TVS, TVA, MBS, CTC, tvk, TVh, TVQ, BS11, Kids Station |
Orijinal efir | 1 oktyabr 2011 (2011-10-01) – 23 iyul 2012 (2012-07-23) |
← Əvvəlki Fate/stay night: Unlimited Blade Works (anime filmi) Sonrakı → Fate/stay night: Unlimited Blade Works (anime serialı) |
Eyniadlı ranobe əsasında anime serialının çəkiləcəyi "Young Ace" jurnalının 2011-ci il fevral buraxılışının reklamı vasitəsilə anons edilmişdir.[5] "Fate/Zero"-nun istehsalında Aniplex və Nitroplus da iştirak etmişdir.[6] 1 oktyabr 2011-ci ildə Tokyo MX, Tochigi TV, Gunma TV və BS11 kanalları vasitəsilə, növbəti tarixlərdə isə TVS, TVA, MBS, CTC, tvk, TVh, TVQ və Kids Station kanalları vasitəsilə göstərilməyə başlamışdır.[7][8] Daha keyfiyyətli iş ortaya çıxarmaqdan ötrü anime serialı iki mövsümə bölünmüşdür:[9] birinci mövsüm 1 oktyabrdan 24 dekabr 2011-ci ilə kimi,[8] ikinci mövsüm 7 apreldən 23 iyun 2012-ci ilə kimi davam etmişdir.[10] Yaponiyada animenin iki Blu-ray boks-seti[11][12] və 9 DVD-si (rental formatda) buraxılmışdır.[13]
Anime serialı 1 oktyabr 2011-ci ildə Aniplex of America tərəfindən Niconico Live və Niconico Channel xidmətləri vasitəsilə 8 dilli subtitrlarla yayımlanmağa başlamışdır: koreya, çin (ənənəvi və sadələşdirilmiş), ingilis, fransız, alman, italyan və ispan.[14] Anime serialının ilk iki seriyası 15 oktyabr 2011-ci ildə Nyu-York Anime Festivalında,[15] 14-cü və 15-ci seriyaları 2012-ci ilin aprelində Sietl şəhərindəki Sakura tədbirində nümayiş etdirilmişdir.[16] Crunchyroll 8 oktyabr 2011-ci ildə animeni ABŞ, Kanada, Böyük Britaniya, İrlandiya, Avstraliya və Yeni Zelandiyada yayımlamağa başlamışdır.[17] Bundan əlavə, anime Hulu[18] və Crackle (Animax tərəfindən) vasitəsilə də yayımlanmışdır.[19]
2011-ci ilin noyabrında Aniplex of America animeni Şimali Amerikada buraxacağını açıqlamışdır.[20] Aniplex of America Yaponiyada buraxılmış Blu-ray boks-setlərini Şimali Amerikada buraxmışdır.[21][22] 2013-cü ilin fevralında Aniplex of America animeni ingilis dilinə dublaj edəcəyini açıqlamışdır.[23] Animenin ingilis dilinə dublaj edilmiş versiyası 19 aprel 2013-cü ildə Viz Media-nın Neon Alley xidməti vasitəsilə yayımlanmağa başlamışdır.[24] Daha sonra Aniplex of America dublaj edilmiş animeni Şimali Amerikada məhdud nəşrlə iki BD/DVD boks-seti şəklində buraxmışdır.[25][26][27][28] 2013-cü ilin aprelində Madman Entertainment animeni Avstraliya və Yeni Zelandiya regionu üçün lisenziyalaşdırdığını anons etmişdir.[29][30] Madman Entertainment 9 avqust 2013-cü ildə AnimeLab xidməti vasitəsilə anime serialını yayımlamağa başlamışdır.[31] Madman Entertainment Avstralasiya regionunda animeni Blu-ray və DVD formatlarında buraxmışdır.[32] Böyük Britaniyada anime 2014-cü ildə MVM Films tərəfindən lisenziyalaşdırılmışdır.[33] MVM Films 2014-cü ildə animeni Blu-ray (iki hissə) və DVD (iki hissə) şəklində buraxmışdır.[34][35][36][37]
Birinci mövsümün açılış mahnısı LiSA tərəfindən ifa olunan "Oath Sign" mahnısı, bağlanış mahnısı Aoi Eyr tərəfindən ifa olunan "Memoria" mahnısı olmuşdur.[38] İkinci mövsüm üçün açılış mahnısı kimi Kalafina tərəfindən ifa olunan "To the beginning" mahnısı, bağlanış mahnısı kimi isə Luna Haruna tərəfindən ifa olunan "Up On the Sky, The Wind Sings" (空は高く風は歌う, Sora wa Takaku Kaze wa Utau?) mahnısı səsləndirilmişdir.[38] 18-ci və 19-cu seriyaların bağlanış mahnısı Kalafina tərəfindən ifa olunan "Perfect Sky" (満天, Manten?) mahnısı olmuşdur.[38]