Faiq Ağayev (6 iyun 1969, Papravənd, Ağdam rayonu23 dekabr 1991, Meşəli) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Faiq Ağayev
Ağayev Faiq Alış oğlu
Thumb
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyun 1969(1969-06-06)
Doğum yeri
Vəfat tarixi 23 dekabr 1991(1991-12-23) (22 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri "Qızıl Ulduz" medalı
Bağla

Həyatı

1969-cu il 6 iyun tarixində Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1990-cı ilin sentyabr ayında Ağdam rayon polis şöbəsinin tərkibində yaranmış polis alayına daxil olur.

Döyüşlərdə iştirakı

1991-ci il 23 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalır. Erməni quldurları günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan onları vəhşicəsinə qətlə yetirirdilər. Azərbaycanlı hərbçilər yerli əhalini xilas etməyə çalışırdılar. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlərını məhv edirdi. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etdi.

O son ana qədər mövqeyini tərk etmədi və son nəfəsinə qədər vuruşdu. Vətənimizin igid oğlu başqalarının həyatını xilas edərək öz həyatını qurban verdi.[1]

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.