Fahişəlik
ödəmə müqabilində cinsi fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə / From Wikipedia, the free encyclopedia
Fahişəlik — ödəmə müqabilində seksual fəaliyyətlə məşğul olan fəaliyyət və ya təcrübə.[1][2] Bu sahədə çalışan şəxslər fahişə adlanır və seks işçisi növlərindən biridir.
Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur.[3] Fahişələrin əksəriyyəti qadın, müştərilərin çoxu isə kişidir.[4]
Dünyada fahişəliyə aid müxtəlif qanunlar var. Bəziləri fahişələri insan alverinin qurbanları kimi görür: qadınlar və uşaqlara qarşı istismar və ya şiddət forması kimi sayır.[5]