Faberje yumurtası
From Wikipedia, the free encyclopedia
Faberje yumurtası — Faberje Evi tərəfindən 1885–1917-ci illər ərəfəsində Rusiya çarları üçün hazırlamış olduğu silsilə şəkilli zərgərlik məmulatı. Faberje yumurtalarından 71 nüsxəsi məlumdur ki, bunlardan 52-si imperator yumurtası sayılır.[1]
Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Faberje yumurtası" söz birləşməsi çar sarayının ümumiyyətlə Rusiya imperiyasının dəbdəbə və zənginlik embleminin sinoniminə çevrilmişdir.
Faberje ailəsinin tarixi Favri soyadı altında XVII əsr Fransasına qədər gedib çıxır. Favrilər ailəsi Fransanın şimalındakı Pikardiya əyalətində yaşamışlar. 1685-ci ildə onlar Fransanı dini ayrı-seçkilik ucbatından tərk etməli olurlar. İlkin sənədlərə əsasən ailə öz soyadını Fabri, sonralar isə Fabryer, 1825-ci ildən isə Faberje olaraq dəyişmişdir. O da məlumdur ki, XVIII əsrin ortalarında Jan Favri tütün plantajı sahibi kimi fəaliyyət göstərmişdir.
Karl Faberje 1885-ci ildə ilk olaraq "Toyuq" adlanan yumurtanı hazırlayır. Bu yumurta imperator III Aleksandr tərəfindən pasxa sürprizi olaraq arvadı Mariya Fyodorovna üçün sifariş olunmuşdur. "Toyuq" adlanan bu yumurta klassik yumurta şəklində hazırlanmışdır. Onun içərisindəki sarısı gözləri yaqut qaşı ilə işlənilmiş toyuq formasında olub, qızıl külçəsindən hazırlanmış, onun içərisində isə yaqut daşlı tac yerləşdirilmişdir.