![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9a/Stjepan_Stevo_Filipovi%25C4%2587.jpg/640px-Stjepan_Stevo_Filipovi%25C4%2587.jpg&w=640&q=50)
Faşizmə ölüm, xalqa azadlıq
From Wikipedia, the free encyclopedia
Faşizmə ölüm, xalqa azadlıq — İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya Xalq Qurtuluş müharibəsi zamanı, xüsusilə Yuqoslav partizanları olmaqla, Yuqoslaviyadakı bütün müqavimət hərəkatının rəsmi şüarı kimi tanınan şüar. Bu şüar müharibədən sonra da Yuqoslaviya Sosialist Federativ Respublikasında və Dünya Kommunist Hərəkatı tarixində əhəmiyyətli bir yerə sahib olmuşdur.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9a/Stjepan_Stevo_Filipovi%C4%87.jpg/640px-Stjepan_Stevo_Filipovi%C4%87.jpg)
Müharibə və müharibədən sonrakı illərdə Partizan Müqavimət Hərəkatı üzvləri rəsmi və ya qeyri-rəsmi yazışmalarda və çıxışlarda "SFSN" şəklində şüarın qısaldılmış formasından son qeyd və ya təbrik sözü olaraq istifadə edirdilər. İkili söhbətlərdə bir şəxs "Smrt fašizmu" deyəndə, digər şəxs cavab olaraq "Sloboda narodu" deyərək qarşılıq verirdi.