Fəryad (ing. "The Scream", norv. "Skrik") — norveçli rəssam Edvard Munk tərəfindən 1893-cü ildə çəkilmişdir və hazırda rəsm Norveç milli qalereyasında sərgilənir.

Cəld faktlar Fəryad, Rəssam ...
Fəryad
norv. "Skrik"
Thumb
Portretin görünüşü
Rəssam Edvard Munk
Tarixi 1893
Texnikası yağlı boya, pastel, tempera (kətan üzərində)
Ölçüləri 91 sm × 73,5 sm
Saxlanıldığı yer Norveç milli qalereyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Bu əsər dəli bir insanın hallüsinasiyasıdır sanki. Belə ki, Edvard Munkun “Çığırtı”sı heç də dəhşətin spontan ifadəsi olmayıb, real bir hadisənin tam dəqiqliklə kətan üzərinə köçürülməsidir.

Əsərin təsviri

Əsərdə rəssama yaxşı tanış olan yer, Ekeberq təpələrinə gedən yol təsvir olunub. Kətan üzərinə köçürülən bu mənzərə barədə Munk hələ öz gündəliklərində, 22 yanvar, 1892-ci il tarixində, yazır:[1][2]

" “Mən iki yoldaşımla gəzintiyə çıxmışdım. Günəş qüruba doğru yaxınlaşırdı. Məni həzin bir qüssə bürüdü. Birdən səma al-qırmızı rəngə boyandı. Mən dayandım və barmaqlığa söykəndim. Tünd-mavi səmada və şəhərin üstündə sanki alov dilləri oynayırdı. Dostlarım yollarına davam elədilər, lakin mən yerimdə donub qaldım. Qorxudan titrəyərək, təbiətin dəhşət dolu çığırtısını bütün qəlbimlə eşidirdim sanki.” "

Əsər haqqında

Bütün bu yaşananlar, həmin dəqiqə rəsmə köçürülmədi. Munkun arxivindəki sənədlərə nəzər salaq, rəssamın öz əliylə yazdığı qeydlərdən birində deyilir ki, 1893-cü ildə yaradılmış “Çığırtı”, onun 1884-cü ildəki xatirələri əsasında yaradılıb. Bəs nəyə görə Munk, üzərindən 9 il keçsə də, bu hadisəni belə yadında saxlayıb və onu rəsmə çevirməyi qərara alıb?

Yalnız 2003-cü ildə fizik Rassel Dyoşer və astrofizik Donald Olson buna aydınlıq gətirə bildilər. 1883-cü ilin avqustunda İndoneziyada 36 min insanın ölümü ilə nəticələnən Krakatau vulkanının püskürməsi baş vermişdi. Bunun nəticəsində atmosferin yuxarı təbəqələrinə vulkanik mənşəli kül yığılmışdır ki, bu da günəş şüalarının təsiri nəticəsində, qürub zamanı səmada al-qırmızı rəngin əmələ gəlməsinə səbəb olurdu. Bu qeyri-adi hadisə dünyanın müxtəlif yerlərində təzahür eləmişdir. Belə ki, rəssam Vilyam Eskroft Temza sahilində apokaliptik qürubu müşahidə elədiyini öz qeydlərində bildirmişdir. Pensilvaniya ştatındakı qəzetlərdən birində isə, göydə Amerika bayrağının zolaqlarının görünməsi barədə yazı getmişdir. Beləliklə vulkanın izlərini 1883-cü ilin noyabrından 1884-cü ilin fevralına qədər, Norveçin paytaxtı da daxil olmaqla, dünyanın müxtəlif yerlərində insanlar səmada müşahidə edə bilmişdilər. Beləliklə, Krakatau vulkanı nəinki atmosferdə həmçinin incəsənətdə də böyük iz buraxmışdır.

Əsərdə ön plana çəkilən üz elə əslində Munkun özüdür. Əsas cizgilər burda tam təsvir olunmasa da, dəhşət hissi yaşıyan hər bir insana xas olan ümumi cizgilər burda dəqiq aydın təsvir olunub. Munkun yaradıcılığını araşdıran prof. Robert Rozemblyumun araşdırmasına görə uzunsov, sərt formada olan baş və ona sıxılmış əllər, həmin vaxtlarda Fransa muzeylərində insanlara təqdim olunan “Peru mumiyası”dan götürülmüşdür.

Əsərdə diqqət çəkən bir an da var. Munkdan uzaqlaşan dostlar. Bu əsərdəki tənhalıq hissini daha da qabarıq ifadə edir. Alman incəsənət tarixçisi Ulrix Bişofa görə, Munkun yaradıcılığında kölgə elementi, keçmiş və ölümü təsvir edir. Bu hardasa onun uşaqlıq xatirələriylə bağlıdır. Belə ki, rəssam anasının və bacısının vərəm xəstəliyindən ölümünün şahidi olmuşdur.

Qalereya

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.