![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/94/%2522Political_Middle_East%2522_CIA_World_Factbook.jpg/640px-%2522Political_Middle_East%2522_CIA_World_Factbook.jpg&w=640&q=50)
Fələstin–İran münasibətləri
From Wikipedia, the free encyclopedia
İran–Fələstin münasibətləri — İran və Qəzzə zolağı, Qərb sahili daxil olmaqla qismən tanınmış Fələstin dövləti arasında ikitərəfli diplomatik münasibətlər. İran rəsmi olaraq müstəqil Fələstin dövləti konsepsiyasını dəstəkləyir və Fələstin Dövlətini tanıyır. İranın ali lideri Əli Xamenei iki millət üçün iki dövlət yaratmaq planını rədd edir və Fələstin ərazisinin bölünməyəcəyinə inanır. İranın keçmiş prezidenti Mahmud Əhmədinejad isə hökumətin quruluşunu təyin etmək üçün bütün Fələstin əhalisi, o cümlədən İsrailin ərəb vətəndaşları üçün ümumi referendum keçirməyə çağırdı.
İran–Fələstin münasibətləri | |||||
---|---|---|---|---|---|
![]() | |||||
|
|||||
![]() |
1979-cu ildə İran İslam İnqilabından əvvəl, Fələstin Azadlıq Təşkilatı İran müxalif qrupları ilə sıx əlaqə saxlayırdı. İslam İnqilabından sonra İran İsrail ilə müttəfiq münasibətləri dayandırdı və fələstinlilərin mübarizəsini dəstəkləməyə başladı. Bunun simvolu kimi İsrailin Tehrandakı səfirliyinin Fələstin Azadlıq Təşkilatının ehtiyacları üçün təhvil verilməsi olur[1].