![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8e/New_Siberian_Islands_ru.svg/langaz-640px-New_Siberian_Islands_ru.svg.png&w=640&q=50)
Eterikan boğazı
From Wikipedia, the free encyclopedia
Eterikan boğazı (rus. Этерикан пролив, saxa Этэрикээн силбэһиитэ) -Şimal Buzlu okeanında yerləşən Laptevlər dənizi ilə Şərqi Sibir dənizini birləşdirir. Kiçik Lyaxovski adasını (şimal-şərqdə) Böyük Lyaxovski adasından (cənub-şərqdə) ayırır. Uzunluğu 25 km, eni 13 km, ən dərin yeri 10 m təşkil edir. Sahilləri alçaq və bataqlıqdır. Boğazın cənubunda Balşoy Vankin burnu yerləşir. Əraziyə çoxlu sayda çay və arxlar tökülür. Çaylara misal: Tinkin, Uyorqaki, Bazisnıy və Vankina. Şimal hissədə Tollya buxtası və Uyorqaki laqunu vardır. Sahilində yaşayış məntəqəsi yoxdur. Ərazi inzibati cəhətdən Rusiya Federasiyasının Saxa (Yakutiya) Muxtar Respublikasının Bulunski ulusuna daxildir.
Cəld faktlar Ümumi məlumatlar, Eni ...
Eterikan boğazı | |
---|---|
rus. Этерикан (пролив), saxa Этэрикээн силбэһиитэ | |
![]() | |
Ümumi məlumatlar | |
Eni | 13 km |
Uzunluğu | 25 km |
Yerləşməsi | |
74°53′14″ şm. e. 141°01′06″ ş. u. | |
Ölkələr | |
Akvatoriyası | |
Ayırır | Kiçik Lyaxovski adasını Böyük Lyaxovski adasından |
[[Fayl:|280px|Eterikan boğazı xəritədə]] ![]() Eterikan boğazı |
Bağla