Esme üçün – məhəbbət və səfalətlə
From Wikipedia, the free encyclopedia
Esme üçün – məhəbbət və səfalətlə[3] və ya digər adı ilə Esme üçün – məhəbbət və yoxsulluqla[4] (ing. For Esmé – With Love and Squalor) — ABŞ yazıçısı Cerom Selincerin ən çox tanınan hekayələrindən biri.[5] İlk dəfə “The New Yorker” jurnalının 8 aprel 1950-ci il tarixində nəşr edilən[5] nömrəsində nümayiş edilmişdir. Hekayədə II Dünya Müharibəsi əsnasında Avropada döyüşən Amerika baş serjantı İksdə yaranan ruhi özünüidarəetmə pozğunluqlarından, Esme ve Çarlz adlı iki ingilis bacı-qardaşının ona göstərdiyi sevgi nəticəsində sağalmasından və daxili rahatlıq əldə etməsindən bəhs edilir.[6]
Esme üçün – məhəbbət və səfalətlə | |
---|---|
ing. For Esmé – With Love and Squalor | |
| |
Janr | hekayə |
Müəllif | Cerom Selincer |
Orijinal dili | ingilis dili |
Yazılma ili | aprel 1944–may 1945[1] |
Nəşr ili | 8 aprel 1950[2] |
Nəşriyyat | “The New Yorker” jurnalı |
İkinci Dünya Müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarında ən çox tanınan və əsərləri bəyənilən yazıçılardan biri olan[7] Selincerin bir çox əsərlərinin əsas fikri “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsinin mövzusu ilə oxşardır. Yazıçının əsərlərində bildirdiyi əsas fikir bu cürdür: “İstənilən bir şəxs məhəbbətsiz yaşaya bilməz.” Selincer Amerika ordusunda xidmət etdiyi və Normandiya əməliyyatında iştirak etdiyi üçün hekayə ilk dəfə nəşr olunanda əsərin avtobioqrafik[8] hekayə olduğu iddiaları irəli sürüldü. Yazıçı “hekayəni müharibədə yaşadığı pis təcrübələr nəticəsində yazdığı” iddialarını rədd etdi.[9]
İki hissəli hekayənin ilk hissəsində müəllifin on üç yaşlı qız övladı Esme və onun qardaşı Çarlzla tanış olmasından bəhs edilir. Esme müəllifin yazıçı olduğu öyrənəndə ondan özü üçün səfalətlə əlaqəli bir hekayə yazmağını xahiş edir. Hekayənin səfalətdən bəhs edən ikinci hissəsində hadisələr Normandiya əməliyyatından sonra Almaniyada baş verir. Birinci hissənin müəllifi olan baş-serjant İks müharibə yaşananlar səbəbi ilə özünü yalnız hiss edir və əziyyət çəkir. Bu hissə Esmenin göndərdiyi bir məktub və hədiyyə nəticəsində İksin yaşadığı ağır depressiya və ruhi özünüidarəetmə pozğunluqlarından xilas olması ilə bitir.[10]
“Esme üçün – məhəbbət və səfalətlə” əsəri “The New Yorker” jurnalında ilk dəfə nəşr edildiyində oxuyucular və bir çox tənqidçilər tərəfindən “yazıçının ən yaxşı hekayəsi” olaraq qəbul edildi.[11] Hekayə Selincerin ilk nəşri 6 aprel 1953-cü il tarixində edilən hekayə kolleksiyası “Doqquz hekayə” əsərində də yer alır. Bu kitabın Böyük Britaniyada nəşr edilən versiyası hekayə ilə eyni adı daşıyır.[12]