![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/31/Armenia_Russia_Locator.png/640px-Armenia_Russia_Locator.png&w=640&q=50)
Ermənistan–Rusiya münasibətləri
From Wikipedia, the free encyclopedia
Rusiya—Ermənistan münasibətləri — Rusiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistanla Rusiya arasında diplomatik münasibətlər 3 aprel 1992-ci ildə qurulmuşdur.
Rusiya—Ermənistan münasibətləri | |||||
---|---|---|---|---|---|
![]() | |||||
|
|||||
![]() |
Ermənistan Rusiyanın Zaqafqaziyada əsas müttəfiqi hesab olunur. Rusiya və Ermənistanın əksər əsas beynəlxalq problemlərdə mövqeləri üst-üstə düşür və ya yaxındır. Ermənistan Rusiyanın MDB-nin gücləndirilməsinə yanaşmasını bölüşür. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formatında əməkdaşlığı, erməni tərəfinin fikrincə milli təhlükəsizliyinin vacib elementidir. Dövlətlərarası münasibətləri müəyyənləşdirən müqavilə və sazişlər arasında 29 avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi və Ermənistan ərazilərində Rusiya hərbi birləşmələrinin olmasını tənzimləyən bir sıra sənədlər var.