Epidavr (İlliriya)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Epidavr (İllirik) (yun. Επίδαυρος, lat. Epidaurum və ya Epitaurum) — Dalmasiyada, müasir Xorvatiya ərazisində yerləşən qədim yunan koloniyası.
Koloniya eramızdan əvvəl VI əsrdə Peloponnes Epidavrından gələn mühacirlər tərəfindən qurulmuşdur.[1][2][3] E.ə. 228-ci ildə Roma dövründə şəhərin adı latınlaşdırıldı və Epidaurum və ya Epitaurum kimi tanınmağa başlandı.[3] E.ə. 47-ci ildə Qədim Roma vətəndaş müharibəsi əsnasında, Mark Oktavi şəhəri mühasirəyə aldı, ancaq Tavrid adası (indiki Şçedro) yaxınlığındakı dəniz döyüşündə Brindizidən gələn Publi Vatininin donanmasına məğlub oldu.[4]
360-cı illərdə təbii fəlakətlərə görə dağıldı.[3] İyeronim Stridonlu "Böyük İlarionun həyatı" kitabında 363-cü ildə Epidavrda baş verən güclü zəlzələ və daşqını təsvir edir.[5] Təxminən 615-ci ildə avar və slavyan işğalçıları koloniyanı tam dağıtdılar.[6][7] Epidavr sakinləri Raquzaya (indiki Dubrovnik) qaçdılar.[8]
İlirilərin şəhəri Zaptal adlandırdığı məlumdur. Orta əsrlərdə qədim dağıdılmış Epidavrın ərazisində indi də mövcud olan Tsavtat şəhəri yarandı. Tsavtatda erkən Roma dövrünə aid bir neçə arxeoloji yer dövlət tərəfindən qorunur, qazıntılar davam edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.