From Wikipedia, the free encyclopedia
Enozis (yun. Ένωσις — azərb. birlәşmә, birlik, ittifaq) — Yunanların yaşadıqları ərazilərin Yunanıstanla birləşdirilməsi uğrunda millətçi hərəkatı.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Enozis termini ilk dəfə 1830 ildə, müstəqil yunan dövləti yaradıldıqdan sonra meydana gəlmişdi. Hərəkata pravoslav kilsəsi başçılıq edirdi. Kiprin Türkiyə və İngiltərəyə tabe olduğu dövrlərdə Kiprdə də yayılmışdı. 1960 ildə Kipr respublika elan olunduqdan sonra enozis şüarı Yunanıstanın və Kiprin mürtəce qüvvələri tərəfindən adanın dövlət müstəqilliyinin ləğv olunması məqsədilə istifadə edilmişdir. 1974 ildə Yunanıstan xuntasının və Kiprin yunan icmasının enozisi hərbi yolla həyata keçirməyi nəzərdə tutan uğursuz cəhdi Türkiyənin məhdud qüvvələrinin adanın şimalına çıxarılması və türk icması tərəfindən Şimali Kipr Türk Respublikasının yaradılması ilə nəticələnmişdir. Türkiyə ilə müharibə təhlükəsi Yunanıstanda xalqı ayağa qaldırmış və hakimiyyətdə olan "qara polkovniklər"in hərbi-faşist diktaturası süquta uğramışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.