From Wikipedia, the free encyclopedia
Enlialın butulkaburun, və ya şimal enlialın butulkaburunu[3] (lat. Hyperoodon ampullatus) — Balinakimilər dəstəsinə, butulkaburun cinsinə aid iri məməli növü. Cinsə daxil olan iki növdən biridir. Bu növ XIX-XX əsrlərdə kütləvi ovlanmaya məruz qalmışdır. Bu məməlilər digər balinakimilər arasında ən dərinə dalan dalğıclardandırlar. Onlar okeanın 1453 m (4767 ft) dərinliklərinə enə bilirlər.
Enlialın butulkaburun | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Klad: Stegocephalia Sinifüstü: Klad: Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Ranqsız: Dəstə: Klad: Artiofabula Klad: Cetruminantia Klad: Cetancodontamorpha Yarımdəstə: Whippomorpha Klad: Cetaceamorpha İnfradəstə: Parvdəstə: Ranqsız: Physeterida Fəsiləüstü: Ziphioidea Fəsilə: Yarımfəsilə: Cins: ???: Enlialın butulkaburun |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
İri dəniz məməlisi 10—11 metr uzunluğa, 7,5 ton çəkiyə[4][5] malik olurlar. Dərinə üzmələrinə baxmayaraq istirahəti əsasən dayazlıqlarda edirlər. Onlara insanlar və onların gəmiləri maraqlı gəldiyindən daha tez ovlanmalarına səbəb olur. Bu xüsusiyyətlər digər balinakimilərin bir qisminə də aiddir. Bu balinalar əsasən balıqlar və kalmarlarla qidalanırlar. Qidakanma zamanı hətta 1 saat suyun dibinə dalma xüsusiyyətinə malikdirlər. Bəzən Enlialın Butulkaburunların mədələrindən 10000 kalmar aşkarlanmışdır.
Enlialın butulkaburunu əsasən Atlantik okeanın şimal hissəsində yayılmışdır. Onlar subantarktik qurşaqda yayılmışlar. Enlialın butulkaburun balinaları Qrenland dənizi, Barens dənizi, Labrador dənizinin sularında daha çox yayılmışlar. Ümumi saylarının getdikcə azalması müşahidə edilir. Dişli balinalar əsasən sürü halında yaşayır. Bu dəstələrdə yaşından və cinsindən asılı olamayaraq Enlialın Butulkaburun balinalar bir yerə toplaşırlar. Hər dəstədə əsasən bir nəhəng erkək olur. Bəzən təkcə erkəklərdən ibarət ibarət olan dəstələrə belə rast gəlinir.
2006-cı ilin yanvarın 20-də Enlialın butulkaburun Temza çayı ilə Londonun Albert körpüsünə qədər irəliləmişdir. Xilasediçilər onu dənizə qaytarmaq istəsələrdə artıq yanvarın 21-də balina qıcolmadan ölür. Onun skeleti hazlrda London Təbiət Tarix Muzeyində saxlanılır. Əvvəllər Şimali Atlantikada 40,000-50,000 baş olduğu təxmin edilir. 1850 - 1973-cü illər arasında 88,000 baş Enlialın butulkaburun ovlanmışdır. Norveç 1973-cü ildə balina ovunu dayandırıb, lakin Enlialın butulkaburunu Farer adaları hələ də ovlayır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.