From Wikipedia, the free encyclopedia
Eliza Orjeşkova (tam adı: Eliza Orjeşkova, pol. Eliza Orzeszkowa; 6 iyun 1841[1][2][…], Milkovşina[d], Litva general-qubernatorluğu[d] – 18 may 1910[1][2][…], Qrodno, Litva general-qubernatorluğu[d][3]) — polyak roman yazarı və Polşanın parçalanması zamanı pozitivizm hərkatının aparıcı yazıçısı.[4] 1905-ci ildə Henrik Senkeviç ilə birlikdə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olmuşdur.
Eliza Orjeşkova | |
---|---|
pol. Eliza Orzeszkowa | |
Doğum adı | Elżbieta Pawłowska |
Təxəllüsü | E. O., Bąk (z Wa-Lit-No), Li…ka, Gabriela Litwinka, Eliza Orzeszkowa |
Doğum tarixi | 6 iyun 1841[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 may 1910[1][2][…] (69 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, esseist, tərcüməçi, hekayə yazıçısı[d] |
Fəaliyyət illəri | 1866–1910 |
Əsərlərinin dili | polyak dili |
Janrlar | hekayə, povest[d], roman |
Eliza Orjeşkova Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Eliza Orjeşkova Milkovşçina[5] kəndində əsil-nəcabətli Pavlovski ailəsində anadan olmuş və yaxınlıqda yerləşən Qrodno şəhərində (indiki Belarus) vəfat etmişdir.[6] On altı yaşında Eliza özündən iki dəfə böyük polyak şlyaxtası, 1863-cü il qiyamından sonra Sibirə sürgün edilmiş Pyotr Orjeşko ilə ailə həyatı qurmuşdur. Onlar 1869-cu ildə qanuni ayrılmışdılar.[7] Eliza ikinci dəfə 1894-cü ildə 30 illik sevgi münasibətində olduğu, lakin nikahdan bir neçə il sonra həyatını itirən Stanislav Nahorski ilə ailə həyatı qurur.[8] 1866-cı ildə Qrodnoya köçür və roman yazarı olmağa qərar verir.[5]
Orjeşkova işğal olunmuş ölkəsinin sosial şəraitindən bəhs edən 30 roman və 120 sketç, dram və novella yazmışdır. Onun Eli Makower romanı (1875) yəhudilərlə polyak şlyaxtaları arasındakı münasibəti, Meir Ezofowicz romanı (1878) isə yəhudi ortodoksları ilə müasir liberlaizm arasındakı münaqişəni təsvir edir. 1888-ci ildə Orjeşkova Neman çayı (indi Belarusun ərazisindədir) haqqında iki roman yazır: Cham balıqçıların həyatından bəhs edir; ən məşhur romanı olan Nad Niemnem isə çox vaxt Pan Tadevuş əsəri ilə müqayisə edilir və siyasi və sosial qayda əleyhinə çıxan polyak aristokratiyası məsələlərinə toxunur. 1880-ci ildə Eliza vətənpərvərlik və kosmopolitizmi tədqiq etməyə başlayır.[7] Onun əsərlərinin vahid buraxılışı Varşavada 1884–1888-ci illər arasında nəşr olunmuşdur.[9] Əsərlərinin əksəriyyəti alman dilinə tərcümə olunmuşdur.
1905-ci ildə Henrik Senkeviç və Lev Tolstoy ilə birlikdə Eliza Orjeşkova Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olmuşdur. Mükafat Senkeviçə təqdim olunmuşdur. Nobel mükafatı komitəsinin rəsmi qeydlərinə görə, mükafatı bölüşdürmə fikri ayrı-seçkilik hesab edilərək rədd edildi və yalnız bir şəxs mükafat laureatı oldu.[10]
Sosial ədalət üçün jurnalistika
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.