From Wikipedia, the free encyclopedia
Elektrostatika — elektrodinamika bölməsi; sükunətdə olan elektrik yüklərinin qarşılıqlı təsirini (elektrostatik qarşılıqlı təsir) öyrənir. Belə qarşılıqlı təsir elektrostatik sahə vasitəsilə həyata keçirilir. Elektrostatikanın əsas qanunu Kulon qanunudur.
Elektrostatik sahənin mənbəyi elektrik yükləridir. Bu fakt Qauss teoremində ifadə edilir. Elektrostatik sahə potensialdır, yəni elektrostatik sahə tərəfindən yükə təsir edən qüvvələrin işi yolun formasından asılı deyil. Elektrostatik sahə aşağıdakı tənlikləri ödəyir:
burada D – elektrik induksiya vektoru, E – elektrik sahəsinin intensivliyi, ρ – sәrbәst elektrik yüklәrinin sıxlığıdır. Birinci tənlik Qauss teoreminin diferensial formasını, ikinci isə elektrostatik sahə qüvvələrinin potensial xarakterini göstərir. Bu tənliklərə Maksvell tənliklərinin xüsusi halı kimi baxmaq olar.
Naqillərdəki məlum yüklərə və ya onlardan hər birinin elektrostatik potensialına əsasən bu naqillərin səthlərində yüklərin paylanmasının tapılması və həmçinin naqillərin yüklərinə və potensiallarına əsasən onların enerji sisteminin hesablanması elektrostatikanın səciyyəvi məsələləridir.
Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Fizika ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.