"E-hökumət" layihəsi — "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003–2012-ci illər)" əsasən işlənib hazırlanmışdır və "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.
| Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
| Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. (may 2024) |
|