Elektrolitlər
From Wikipedia, the free encyclopedia
Elektrolitlər - həll etdikdə və ya əritdikdə elektrik cərəyanını keçirən maddələr. Suda məhlulları və ya ərintiləri elektrik cərəyanını keçirməyən maddələr qeyri-elektrolitlər adlanır. Elektrik cərəyanı verildikdə müsbət və mənfi yüklərin hərəkəti baş verir, onlar özünü birinci növ keçirici olan hərəkət edən elektron qazına oxşadır.
Elektrolitlər yalnız məhlulda, onlardan bir neçəsi isə əritdikdə elektrik cərəyanını keçirir. Kristallik (bərk) halda onlar elektrik cərəyanını çox pis keçirir və ya heç keçirmir. Tipik elektrolitlərə misal olaraq natrium-xloridi göstərmək olar.
Elektrolitlərə suda həll olan qeyri-üzvi turşular (Məsələn: HCOOH, CH3COOH), qələvilər (Məsələn:NaOH, KOH, Ca(OH)2) (İstisna: H2SiO3) və suda həll olan duzlar (Məsələn: Na2SO4, BaCl2, K3PO4) aiddir. Suda həll edən zaman onlar ionlarına dissosiasiya edir. İonların əmələ gəlməsi qeyri-elektrolitlərlə müqayisədə elektrolitlərin xüsusi xassəyə malik olmasını göstərir. Elektrolitlər Dissosiasiya Dərəcəsi'nin qiymətinə görə üç qrupa – qüvvətli (Dissosiasiya Dərəcəsi ≥ 30%), orta qüvvətli (3% - 30% < Dissosiasiya Dərəcəsi) və zəif (Dissosiasiya Dərəcəsi < 3%) elektrolitlərə bölünür.