Duçe
From Wikipedia, the free encyclopedia
Duçe (it. Duce, italyanca tələffüzü: [ˈduːtʃe]) — italyan dilində "rəhbər" mənasını verən və latın dilindəki "dux" (tələf. duks) sözündən götürülən titul.
1860-cı ildə İtaliyanın birləşdirilməsi dövründə Cüzeppe Qaribaldiyə şamil edilmiş, lakin onun bu titulu rəsmi şəkildə qəbul etməməsi səbəbindən sonrakı dövrlərdə istifadə edilməmişdir.
Bu titul 1915-ci ildə Birinci dünya müharibəsi vaxtı rəsmi olaraq İtaliya kralı III Viktor Emmanuel, həmçinin 1920-ci ildə, tanınmamış Fiume Respublikasının rəhbəri olan məşhur italyan şairi Qabriele d'Annunsio tərəfindən istifadə edilmişdir,
lakin "duçe" titulu ilk növbədə 1925-ci ildə özünü "Il Duce" elan edən Benito Mussolini və faşizmlə assosiasiya olunur. Bu səbəbdən hazırda italyan dilində "rəhbər" sözünü ifadə etmək üçün başqa sözlərdən və daha çox ingilis dilindəki "leader" sözündən istifadə edilir.
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.