Dreyk boğazı
From Wikipedia, the free encyclopedia
Dreyk boğazı Atlantik okean və Sakit okeanı birləşdirir (əgər Cənub okeanının sərhədləri dəqiq müəyyənləşsə onda boğazın bir hissəsi məhz bu okeanın ərazisinə düşər.) Şimalda Odlu torpaq, cənubda isə Cənubi Setland adaları arasında yerləşir. O, dünyanın ən enli boğazıdır. Belə ki, onun eni 820 km təşkil edir. Burada güclü qərb passat küləkləri əsir. Həmçinin dünyada ən güclü fırtınalar da burada baş verir. Küləyin sürəti 35 m/s, dalğanın hündürlüyü isə 15 m təşkil edir.
Cəld faktlar Ümumi məlumatlar, Eni ...
Dreyk boğazı | |
---|---|
ing. Drake Passage, isp. Pasaje de Drake | |
| |
Ümumi məlumatlar | |
Eni | minimum 820 km |
Ən böyük dərinliyi | 4.000 m |
Yerləşməsi | |
58°34′49″ c. e. 62°54′34″ q. u. | |
Ölkə | Çili |
Akvatoriyası | |
Ayırır | Odlu Torpaq arxipelaqını və Cənubi Şetland adalarını |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Cənubi Amerikanın ən ucqar yeri Dieqo-Ramires adası məhs burada yerləşir. Ən ucqar nötqə isə Horn burnudur. Boğaza əfanəvi ingilis dənizçisi və dəniz qulduru Frensis Dreykin şərəfinə onun adı verilmişdir. Dreyk bu boğazdan 1578-ci ildə üzüb keçən ilk avropalı olmuşdur.