From Wikipedia, the free encyclopedia
Dnestryanı pasportu — Dnestryanı vətəndaşlarına xaricə səyahət etmək və ölkə daxilində şəxsiyyət məlumatlarını təqdim etmək üçün verilən pasportdur. İlk pasport 1 oktyabr 2001-ci ildə verilib. Pasportlara yapışdırılan fotoşəkillər həmişə ağ-qara olur.
Dnestryanı pasportu | |
---|---|
rus. Паспорт гражданина Приднестровской Молдавской Республики | |
Tərəfindən verilib | Dnestryanı |
İlk çıxış tarixi | 1 oktyabr 2001 |
Məqsəd | Şəxsiyyət doğrulama və səyahət |
Vikianbarda əlaqəli mediafayllar |
Dnestryanı dünyanın heç bir ölkəsi (Abxaziya, Cənubi Osetiya və Qondarma Dağlıq Qarabağ Respublikası istisna olmaqla) tərəfindən tanınmadığı üçün pasportdan dünyanın heç bir ölkəsinə səfər edən zaman istifadə edilmir. İkili vətəndaşlığa icazə verildiyi üçün Dnestryanıların əksəriyyəti xaricə səyahət üçün Moldova, Ukrayna və ya Rusiya pasportları alır.[1]
İlk pasport 2001-ci il oktyabrın 1-də verilib. 1990-cı illərin ortalarından 2001-ci ilin oktyabrına qədər vətəndaşlara başqa dövlətin pasportundan əlavə, vətəndaşın Dnestryanı ilə əlaqəsini göstərən kağız da verilirdi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.