![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/9e/Humpback_stellwagen_edit.jpg/640px-Humpback_stellwagen_edit.jpg&w=640&q=50)
Bığlı balinalar
From Wikipedia, the free encyclopedia
Dişsiz balinalar, bığlı balinalar (lat. Mystacoceti) — balinakimilər dəstəsindən məməlilər yarımdəstəsi.
Bığlı balinalar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Klad: Amniota Sinif: Klad: Theriimorpha Klad: Theriiformes Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Boreoeutheria Dəstəüstü: Klad: Scrotifera Qranddəstə: Ferungulata Ranqsız: Dəstə: Klad: Artiofabula Klad: Cetruminantia Klad: Cetancodontamorpha Yarımdəstə: Whippomorpha Klad: Cetaceamorpha İnfradəstə: Parvdəstə: Bığlı balinalar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Üst çənəsində diş əvəzinə "balina bığı" adlanan uzun buynuz lövhələr var (ikinci adı da buradandır). Bığların kənarı uzun qılcıqlara ayrılıb. Dişsiz balinaların qidası olan su orqanizmlərini süzən narın, ələyəbənzər süzgəç əmələ gətirir. Burnunda tək-tək yerləşən vibrislər (duyğu orqanı) var. Başının təpə hissəsində 2 burun dəliyi olur. Dişsiz balinaların ən irisinin uzunluğu 33 m, kütləsi 160 t-dur. 4 müasir fəsiləsinə aid 10 növü məlumdur:
- Qrenlandiya balinası
- Seyval
- Kiçik cənub zolaqlı balina
- boz balina
- qozbel balina
- göy balina
- finval
- seyval
- Kiçik zolaqlı balina
- Brayde zolaqlı balina.
Bütün okeanlarda geniş yayılmışdır. Çoxlu piy verdiyinə görə dişsiz balinaların ov əhəmiyyəti böyükdür. Piyi, əti və bığı istifadə olunur. Dişsiz balinalar xüsusi gəmilərlə ovlanır. Dünyada dişsiz balinalar ovlanan yerlər Antarktika suları və Sakit okeanın şimal hissələridir. 1967-ci ildən Antarktikada göy balina beynəlxalq miqyasda mühafizə edilir. Mühafizə nəticəsində Berinq dənizində boz balinanın sayı bir qədər bərpa olunmuşdur.