![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/66/Gray609.png/640px-Gray609.png&w=640&q=50)
Dizaltı arteriya
From Wikipedia, the free encyclopedia
Dizaltı arteriya (lat. Arteria poplitea) — bud arteriyasının ardı olub, dizaltı çuxurda yerləşmişdir. Yaxınlaşdırıcı kanalın aşağı dəliyi səviyyəsində başlayaraq dizaltı əzələnin və diz oynağının kapsulunun arxa səthi ilə aşağıya doğru gedir və dizaltı əzələnin aşağı kənarına çatır. Dizaltı arteriya dizaltı çuxurda vena və sinirlərə nisbətən ən dərində yerləşmişdir. Dizaltı vena — lat. V. poplitea dizaltı arteriyanın bayır və arxa tərəfində, qamış siniri — lat. N. tibialis isə bir az səthdə və bayır tərəfdə yerləşmişdir. Belə ki, səthdən getsək, əvvəlcə bayır tərəfdə və səthdə qamış sinirinə, bir az içəri tərəfdə və dərində dizaltı venaya və ondan da bir az dərində və içəri tərəfdə dizaltı arteriyaya rast gəlinir.
Dizaltı arteriya | |
---|---|
![]() | |
Dizaltı çuxurda yerləşmiş dizaltı arteriya | |
![]() | |
Dizaltı çuxurun limfa düyünləri | |
Latınca | Arteria poplitea |
Qrey | subyekt 159 632 |
Təchizatı | Diz oynağı |
Başlanır | Bud arteriyası |
Şaxələri | Ön qamış arteriyas, dal qamış arteriyas. Əzələ şaxələri. Dizaltı arteriyanın oynaq şaxələri:
|
Vena | Dizaltı vena |
MeSH | Popliteal+Artery |
Dorlands/Elsevier | 12155539 |