![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/az/thumb/9/9f/Divan%25C3%25BC_l%25C3%25BC%25C4%259Fat-it-t%25C3%25BCrk.png/640px-Divan%25C3%25BC_l%25C3%25BC%25C4%259Fat-it-t%25C3%25BCrk.png&w=640&q=50)
Divanü Lüğat-it-Türk
Kaşgarlı Mahmud tərəfindən yazılmış türkcə-ərəbcə lüğət / From Wikipedia, the free encyclopedia
Divanü Lüğat-it-Türk (ərəb. ديوان لغات الترك - Türk dilləri lüğəti) — türk dünyasının ilk ensiklopedik əsəri. XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdadda 1072-1074-cü illər arasında yazılan türkcə-ərəbcə lüğətdir.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. |
Cəld faktlar Divanü Lüğat-it-Türk, Müəllif ...
Divanü Lüğat-it-Türk | |
---|---|
ديوان لغات الترك | |
![]() Kitabın Azərbaycan dilinə tərcüməsinin 1-ci cildinin üz qabığı | |
Müəllif | Mahmud Kaşğari |
Janr | Dilçilik |
Orijinalın dili | Ərəbcə |
Ölkə | Qaraxanlılar dövləti |
Orijinalın nəşr ili | 1072—1074 |
Tərcüməçi | Ramiz Əskər |
Nəşriyyat | Ozan |
Cild | 4 |
Səhifə |
I: 512 II: III: 400 IV: 752 |
Tiraj | 1000 |
Əvvəlki | Kitabu-cəvahirin-nəhv fi luğati-t-turk |
ISBN | ISBN 9952-426-00-X |
![]() |
Bağla
Türkcənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyətli topludur. Kitab ərəblərin türk dilini öyrənməsi üçün yazılmışdır. Quruluş etibarı ilə lüğətdir. Lakin, hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngindir. Səkkiz bölmədən (əsərdə "kitab") ibarət əsər ərəb dilinin lüğət qaydalarına uyğun yazılmışdır.