Diu döyüşü (1509)
From Wikipedia, the free encyclopedia
Diu döyüşü — 3 fevral 1509-cu ildə Ərəb dənizində Osmanlı İmperiyası və Portuqaliya İmperiyası arasında baş vermiş dəniz döyüşüdür. Döyüş Hindistanın Diu portu yaxınlığında baş vermişdir. Bu döyüşdə Osmanlı ordusu tərəfdən həmçinin onun müttəfiqləri olan Qucarat Sultanı, Misir Məmlükü və Venesiya Respublikası döyüşüb. Döyüş Portuqaliya donanmasının qələbəsi ilə başa çatdı. Bu hadisə Asiya qitəsində müstəmləkə dövrünün başlanğıcı ilə yanaşı, müsəlman-xristian qarşıdurmasının Hind okeanı regionuna yayılmasının başlanğıcı da hesab olunur.