![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/67/Alaskan_troodont_Perot_Museum.jpg/640px-Alaskan_troodont_Perot_Museum.jpg&w=640&q=50)
Dinozavr dərrakəsi
From Wikipedia, the free encyclopedia
Dinozavr dərrakəsi paleontoloqlar üçün uzun müddət mübahisə mövzusu olub. Quş olmayan dinozavrlar əvvəl dərrakəsiz heyvanlar sayılmış, ancaq Dinozavr intibahından sonra onlara qiymət verilmişdir. Dinozavr dərrakəsi haqqındakı bu yeni optimizmin qaynağı Yura dövrü parkı kimi məşhur əsərlərdə nümayiş edilən həddindən artıq şişirdilmiş təsvirlərdir. Paleontoloqlar hal-hazırda dinozavrları sürünənlər üçün çox ağıllı, ancaq müasir məməlilər qədər ağıllı olmayan heyvan hesab edir. Bəziləri iddia edir ki, əgər Təbaşir-Paleogen nəsil kəsilməsi baş verməsəydi, kiçik teropodların dərrakəli formaları insan səviyyəsində intelektə təkamül edə bilərdi. Dinozavr nevrologiyası haqqnda yanlış təsəvvürlərə steqozavrlar və zauropodların çanağında ikinci beyinləri olması fikri daxildir.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/67/Alaskan_troodont_Perot_Museum.jpg/640px-Alaskan_troodont_Perot_Museum.jpg)