From Wikipedia, the free encyclopedia
Dil (lat. lingua, yun. glossa) — qan damarları, sinirlər, vəzilər və limfoid ünsürlərlıə zəngin və selikli qişa ilə örtülmüş əzələvi üzvdür. Məməli heyvanlarda dil çox inkişaf edərək olduqca həcmli, hərəkətli bir üzv təşkil edir. Dil məməli heyvanlarda bir neçə vəzifə: qida maddələrini qavramaq (qarışqayeyənlərdə), yalamaq (yırtıcılarda), əmmək, udmaq, dad bilmək, lamisə üzvü funksiyasını daşımaq və insanda danışmaq vəzifəsini ifa edir. İnsan qidanı çeynəyərkən onu ağız boşluğunda dil ilə hərəkət etdirir. Dil qan damarları, sinirlər, vəzlər və limfa ünsürləri ilə zəngin və selikli qişa ilə örtülmüş əzələvi orqandır. Bizə qidanın dadını bildirən reseptorların xeyli hissəsi dilin üzərindədir. Dil insanlarda heyvanlardan fərqli olaraq həm də nitq üzvüdür. Ağız boşluğundan qida udlağa gedir. Sakit vaxtda dil yastı və uzunsov olur; ön ucu nazikləşərək dil zirvəsinə — lat. apex linguae və dal ucu enliləşərək dil kökünə lat. radix linguae keçir. Ən başlıca kütləsini zirvə ilə kök arasındakı cisimi — lat. corpus linguae təşkil edir. Yuxarı səthi — dil arxası — lat. dorsum linguae aşağı səthdən — lat. facies inferior linguae, sağ və sol kənar — lat. margo linguae (margo lateralis linguae — BNA) vasitəsilə ayrılır. Dil arxasının 2/3 hissəsi — ağız hissəsi — lat. pars oralis üfüqi vəziyyətdə ağız boşluğuna baxır, dal 1/3 hissəsi — udlaq hissəsi — lat. pars pharyngea isə şaquli vəziyyətdə olub unlağa tərəf çevrilmişdir.
Bu məqalə ağız boşluğundakı orqan haqqındadır. Digər mənalar üçün Dil (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Dil | |
---|---|
| |
Latınca | Lingua |
Yunanca | Glossa |
İltihabı | Glossitis |
Qrey | subyekt 242 1125 |
Arteriya | Dil arteriyası |
Vena | Dil venası |
Sinir | Dil siniri, təbil teli, dil-udlaq siniri, azan sinir |
MeSH | Tongue |
Dorlands/Elsevier | Tongue |
Vikianbarda əlaqəli mediafayllar |
Dilin əzələləri iki qrupa bölünür:
Dil boylama istiqamətdə yerləşmiş lifli arakəsmə -lat. septum linguae, vasitəsilə iki simmetrik hissəyə bölünür. Lifli arakəsmə dilin boylama şırımından başlayaraq şaquli istiqamətdə aşağıya doğru gedir. Dilin əzələləri cüt olub, arakəsmədən sağ və sol tərəflərdə yerləşirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.