Dieqo-Ramires adaları
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Dieqo-Ramires adaları (isp. Islas Diego Ramírez) — Adaların ümumi sahəsi 1 km²-dən çoxdur. Horn burnundan cənub qərbdə yerləşir. Şimalda cənuba adalar 8 km məsafədə yerləşir.
Dieqo-Ramires adaları | |
---|---|
isp. Islas Diego Ramírez | |
Ümumi məlumatlar | |
Ümumi sahəsi |
|
Hündür nöqtəsi | 179 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
56°30′00″ c. e. 68°43′00″ q. u.HGYO | |
Ölkə | Çili |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arxipelaqın ən böyük adası Bortolomedir. Böyüklüyünə görə ikinci böyük adası Qonsalo adasıdır. Bölgədən keçən gəmilərin çoxu adaların yaxınlığındsn keçir.
Adaların iqlimi rütübətli və yağışlıdır. Orta aylıq temperaturu +3,2°S (iyul-avqust) +7,5 °S (yanvar-fevral), orta +5,2 °S. Yayda 94 mm (oktyabr) - 137 mm (mart), ümumən isə 1368 mm olur. Yayda əsasən yağıntılar yağış, qışda isə qar halında düşür.
Adalar 12 fevral 1619 ci ildə Nodal qardaşları tərəfindən kəşf edilmişdir. Adalar Dieqo Ramires Arelyanonun şərəfinə adlandırılmışdır. 156 il ərzində adalar Cənubi Sandviç adaları ilə birlikdə Dünyanın ən cənub əraziləri hesab edilmişdir.
Ən iri adaları olan Bartolome və Qonsalo adaları onları kəşf edən Nodal qardaşlarının şərəfinə adlandırılmışdır. Adaları Nodal boğazı ayırır.
Bəzən Amerikanın cənub torpağı hesab edilir. Bu nöqtə Aqila adası hesab edilir. Bununla belə bəzən Cənubi Sandviç adaları Cənubi Amerikanın bir hissəsi hesab edilsədə geoloji, coğrafi və iqlim baxımından Antarktidaya aid edilir. Cənubi Amerikanın cənub nöqtəsi bu zaman Tule adası hesab edilir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.