![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ef/Mountainous_Shirvan_Economic_Region.png/640px-Mountainous_Shirvan_Economic_Region.png&w=640&q=50)
Dağlıq Şirvan iqtisadi rayonu
Azərbaycanda iqtisadi rayon / From Wikipedia, the free encyclopedia
Dağlıq Şirvan iqtisadi rayonu — tərkibinə Ağsu, İsmayıllı, Qobustan və Şamaxı inzibati rayonları daxildir. Dağlıq Şirvan iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Şamaxıdır. İqtisadi rayon şimaldan Quba-Xaçmaz, qərbdən Şəki-Zaqatala, cənubdan Aran, şərqdən isə Abşeron iqtisadi rayonları ilə həmsərhəddir.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün üçün əlavə mənbələrə ehtiyac var. |
İqtisadi rayon | |
Dağlıq Şirvan iqtisadi rayonu | |
---|---|
40°42′19″ şm. e. 48°26′41″ ş. u. | |
Ölkə |
![]() |
Rayon | Ağsu, İsmayıllı, Qobustan, Şamaxı |
Tarixi və coğrafiyası | |
Sahəsi | 6060 km² |
Saat qurşağı | UTC+04:00 |
Əhalisi | |
Əhali sayı | 270200 nəf. |
Rəsmi dili | Azərbaycan dili |
Xəritədə yeri | |
![]() |
|
![]() |
İqtisadi rayonun relyefi dağlıq və düzənlik əraziyə bölünür. Regionun iqlimi çox müxtəlifdir, yüksək dağlıq hissələr rütübətli olmaqla mülayim soyuq iqlim şəraitinə malikdir. Düzənlik hissənin iqlimi isti və quraqdır. İqtisadi rayonun ümumi sahəsi 6,06 min kv. km, əhalisi 270,2 min nəfər olmaqla, ümumi ölkə ərazisinin 7%-ni, əhalisinin isə 3,2%-ni təşkil edir. Respublikanın digər iqtisadi rayonları ilə müqayisədə Dağlıq Şirvan iqtisadi rayonunda əhali nisbətən zəif məskunlaşmışdır. Əhalinin orta sıxlığı hər kv. km-də 45 nəfərdir.