Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşamış azərbaycanlıları təmsil edən ictimai birlik idi. İcma, keçən əsrin 80-ci illərin sonlarında vüsət alan Qarabağ müharibəsinin nəticəsində azərbaycanlıların Qarabağ bölgəsindən qovulmasından sonra, 1994-cü ildə fəaliyyətə başlamışdı. 2020-ci ildə Azərbaycan Respublikası İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı ərazisinin böyük hissəsini azad etdikdən sonra, 2021-ci ildə İcma öz fəaliyyətini dayandırmışdır.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi AzeCommunityNK | |
---|---|
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması | |
Növü | İctimai Birlik / İcma / Topluluq |
Fəaliyyəti | Dağlıq Qarabağ münaqişəsi |
Şüar | “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir. |
Yaranma tarixi | 1992-ci il |
Qeydiyyat tarixi | 2006-ci il |
Ləğvolma tarixi | 30 aprel 2021 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Bakı |
Yarandığı yer | Azərbaycan |
Fəaliyyət göstərdiyi yer | Azərbaycan, Dağlıq Qarabağ |
Sədr | Tural Babaşah oğlu Gəncəliyev |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İcmanın tarixi
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən birinci əlavə görüşündə imzalanmış sənədin 9-cu bəndinə əsasən yaradılmışdır. ATƏM/ ATƏT-in Minsk qrupu təsis edilərkən Ermənistan və Azərbaycan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasına isə münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda maraqlı tərəf kimi mandat verilmişdir. Bu mənada Dağlıq Qarabağın azərbaycanlı icması 1992-ci ildən başlayaraq müxtəlif vaxtlarda aparılan danışıqlarda iştirak etmişdir. Bununla yanaşı, 2006-cı ildə Dağlıq Qarabağın azərbaycanlı icması ictimai birlik formasında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. İcmanın fəaliyyətinə hüquqi statusun verilməsi və bir ictimai birlik kimi təşkilatlanması onun daha səmərəli fəaliyyət göstərməsinə imkan yaratdı. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yenidən formalaşması istiqamətində atılan növbəti addım isə 2009-cu il iyunun 5-də Bakı şəhərində icmanın I Qurultayının keçirilməsi oldu. Qurultaya 65 min nəfərdən çox icma üzvünü təmsil edən 350 nəfər nümayəndə seçilmiş, eləcə də qurultayın işində Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının 200 nəfərdən çox nümayəndəsi qonaq kimi iştirak etmişdir. Qurultayda "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş və icmanın 22 nəfərdən ibarət idarə heyəti, idarə heyətinin sədri, əlaqələndirmə şurasının sədri və nəzarət-təftiş komissiyası seçilmişdir. Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi idarə heyətinin sədri və icmanın rəhbəri seçilmişdir. "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi 20 aprel 2021-ci ildə ləğv edilmişdir.[1]
İcmanın məqsədi və əsas fəaliyyət istiqamətləri
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir.
Yuxarıda qeyd olunan məqsədə nail olmaq üçün Birlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının (bundan sonra -İcma) fəallığını artırmaq;
- Münaqişənin tarixi kökləri və onun həlli ilə bağlı ölkə Prezidentinin apardığı genişmiqyaslı tədbirlər barədə əhalini maarifləndirmək;
- İcma üzvlərinin sosial-iqtisadi problemlərini öyrənmək və aidiyyəti dövlət orqanları vasitəsilə onların həllinə nail olmaq;
- Mədəni irsin qorunması və təbliğində İcmanın imkanlarını səfərbər etmək, Dağlıq Qarabağdan olan gənclərin xaricdə təhsil almalarına şərait yaratmaq;
- Mədəni-kütləvi tədbirləri, idman yarışlarını təşkil etmək, istedadlı gənclərin ölkədaxili və beynəlxalq bədii yaradıcılıq müsabiqələrində, idman yarışlarında iştirakına şərait yaratmaq;
- Uşaq və gənclərə vətənpərvərlik və milli-mənəvi dəyərlərə bağlılıq hisslərinin, ekstremizm və ayrı-seçkilik hallarına qarşı mübarizə ruhunun aşılanması üçün tədbirlər həyata keçirmək;
- Dağlıq Qarabağ problemi ilə məşğul olan beynəlxalq təşkilat və qurumlarla aparılan danışıqlarda İcmanı təmsil etmək, beynəlxalq əlaqələri və əməkdaşlıq sahəsində fəaliyyəti müvafiq dövlət qurumları ilə uzlaşdırmaq;
- Dağlıq Qarabağ azərbaycanlılarının öz doğma torpaqlarına mütləq qayıtmaq istəyini, normal sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətində olduqlarını dünyaya bəyan etmək;
- Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalması və dinc azərbaycanlı əhalisinin üzləşdiyi məhrumiyyətlər barədə məlumatları, işğal altında olan ərazilərin əhalisi, təbiəti və ekoloji durumu, mədəni irsi, tarixi abidələri və s. barədə informasiyaları toplamaq, təhlil etmək, ölkə və xarici KİV-də işıqlandırmaq;
- Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağdan məcburi köçkün düşmüş vətəndaşların hüquq və mənafelərini müdafiə etmək, İcma üzvlərinin pozulmuş hüquqları barədə beynəlxalq təşkilatlarda və məhkəmələrdə məsələlər qaldırmaq;
- İcma üzvlərinə hüquqi yardım göstərmək;
- Beynəlxalq rəyin Azərbaycanın xeyrinə formalaşması üçün internet resurslarından daha geniş və səmərəli istifadə etmək;
- Təhsil aldıqları ölkələrin ictimaiyyətinə Dağlıq Qarabağ barədə həqiqətləri çatdırmaq məqsədilə xaricdə oxuyan tələbələrin, xüsusilə Qarabağ mənşəli gənclərin dərnəklərini yaratmaq;
- Münaqişə ilə bağlı beynəlxalq səviyyədə təşkil olunan tədbirlərdə Qarabağ mənşəli mütəxəssislərin və xaricdə təhsil almış gənclərin iştirakına şərait yaratmaqla İcmanın mövqeyini dünya ictimaiyyətinə çatdırmaq;
- Əsir və itkin düşmüş vətəndaşların taleyinin aydınlaşdınlması və onların geri qaytarılması üçün müvafiq dövlət orqanları və beynəlxalq qurumlarla əməkdaşlıq etmək;
- İcmanın problemlərinin həllinə yönəlmiş beynəlxalq layihə və proqramların təşviqi və həyata keçirilməsinə nail olmaq, bu sahədə yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək;
- "Xalq diplomatiyası" çərçivəsində Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə işi təşkil etmək;
- Dağlıq Qarabağla bağlı kütləvi və elektron informasiya vasitələrindəki materialları izləmək, təhlil etmək və dərhal reaksiya vermək, yerli və xarici mətbuat nümayəndələri üçün görüşlər, brifinqlər təşkil etmək;
- Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində və doğma torpaqlara qayıdışla əlaqədar proqramın hazırlanmasında iştirak etmək;
- Qanunverici orqanda İcmanın mənafeyi ilə bağlı məsələlər qaldırmaq və Milli Məclis üzvlərinin köməyi ilə xarici dövlətlərin parlamentlərində İcmanın mənafelərinə uyğun dinləmələrin, görüşlərin keçirilməsini, lobbiçiliyi təşkil etmək.
İcmanın strukturu
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının 20 dekabr 2018-ci il tarixində keçirilmiş qurultayının qərarı ilə icmanın yeni sədri Tural Babaşah oğlu Gəncəliyev seçilmişdir.
Birliyin 8 yanvar 2019-cu il qurultayında 23 nəfərdən ibarət İdarə Heyəti seçilib. Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyəti:
- Cahangirov Asif Əbülfət oğlu — 2018-ci ilədək Vergilər Nazirliyinin aparatının rəhbəri, Departament rəhbərinin müavini — İdarə Heyəti sədrinin müavini – İctimai Birliyin fəaliyyətinin əlaqələndiricisi
- Əhmədov Elçin İldırım oğlu — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru — İdarə Heyəti sədrinin müavini
- Səfərov Bayram Əsəd oğlu — Şuşa Rayon İcra Hakimiyyətinin başçısı
- Bədəlbəyli Fərhad Şəmsi oğlu — Bakı Musiqi Akademiyasının rektoru, professor
- Rzayev Rövşən Şükür oğlu — Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri
- Abdullayev Kamal Mehdi oğlu — Azərbaycan Dillər Universitetinin rektoru, akademik
- Polad Bülbüloğlu — Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri
- Adıgözəlzadə Murad Zöhrab oğlu — Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru
- Usubov Şahmar Şahhüseyn oğlu — Xocalı Rayon İcra Hakimiyyətinin başçısı
- Məmmədov Elman Camal oğlu — Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Qarabağ müharibəsi veteranı
- Bağırov Elməddin Mirzə oğlu — Xocalı rayon Gənclər və İdman idarəsinin rəisi
- Hüseynova Samirə Bakir qızı — Xocalı şəhər 2 saylı tam orta məktəbinin müəllimi
- Ağayeva Dürdanə Allahverdi qızı — Xəzər rayonu Buzovna qəsəbəsi rabitə şöbəsində rabitəçi
- Ələkbərov Ceyhun Vəkil oğlu — Efiopiyanın Azərbaycanda fəxri konsulu, iş adamı
- Quliyev Qalib Bəyməmməd oğlu — "Xocalının səsi" qəzetinin baş redaktoru
- Hüseynov Eyvaz Mövsüm oğlu — Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı
- Əliyev Ceyhun Şəfahət oğlu — "PROSYS" (kompüter proqramlaşdırması) MMC-nin baş meneceri
- Cəfərov Fuad Fazil oğlu — "PAŞA Bank" ASC-nin eksperti
- Mövsümlü Nigar İlyas qızı — "Unilever" istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə müdir müavini
- Qasımova Flora Qasım qızı — Azərbaycan Respublikasının Milli Məclisinin keçmiş deputatı, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin həyat yoldaşı
- Vəliyeva Xatirə Yusif qızı — "Xankəndililər" İctimai Birliyinin sədri, Bakı şəhəri Tibbi Bədən Tərbiyəsi Dispanserinin həkim-laborantı
- Qafarov Ramiz Yapon oğlu — Ağdam Rayon İcra Hakimiyyəti başçısının Yeni Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.