From Wikipedia, the free encyclopedia
Dayka (ing. dike və ya dyke – sədd, daş divar) — intruziv maqmatik süxurların yatım formalarından biri.[1]
Paralel müstəvilərlə hüdudlanır. Dayka maqmanın Yer qabığındakı şaquli və maili çatlarda soyumasından əmələ gəlir. Yerləşdiyi ətraf süxurlara nisbətən bərk olur və onlar aşındıqda Dayka divar kimi görünür. Daykanın qalınlığı bir m-dən onlarla mədək, uzunluğu isə onlarla m-dən yüzlərlə km-ədək olur.
Әmələ gəlməsinə görə üç genetik qrupa bölünür: maqma ərintisinin şaquli, yaxud maili çatları doldurması nəticəsində əmələ gələn endodaykalar, flüidlərin təsirindən metasomatik yolla əmələ gəlmiş metadaykalar, çöküntü və vulkanik qırıntı materialların çatları doldurması nəticəsində əmələ gələn ekzodaykalar. Təktək və qrup Daykalara (radial, həlqəvi və paralel Daykalar kompleksi) rast gəlinir. Radia və həlqəvi Daykalar, əsasən, intruziv massivlər və vulkanlarla əlaqədardır. Paralel Daykalar kompleksi orta okean silsilələrində intişar tapmışdır.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.