Devid Lombardo (ing. David Lombardo; d. 16 fevral 1965, Havana) — Kuba əsilli amerikan zərbçisi, əsasən treş metal qrupu Slayer-in üzvü və yaradıcılarından biri kimi tanınır. O, bu qrupun 9 albomunda ifa etmiş, həmçinin, Testament, Grip Inc., Fantômas, Suicidal Tendencies kimi qruplarla da albom qeydə almışdır. Bundan əlavə, o, Misfits qrupunun canlı konsertlərində ifa etmişdir.

Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Deyv Lombardo
ing. Dave Lombardo
Thumb
Lombardo Suicidal Tendencies ilə ifa edərkən, 2016
Ümumi məlumatlar
Doğum tarixi 16 fevral 1965(1965-02-16) (59 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti zərbçi[d], musiqiçi, sessiya musiqiçisi[d]
Fəaliyyət illəri 1979–indiyə kimi
Janr
Musiqi aləti zərb qurğusu[d][1]
Üzvlüyü
davelombardoofficial.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Lombardonun karyerası 40 ilə yaxın bir dövrü əhatə edir. Bu zaman ərzində o, 29 müxtəlif janrda buraxılışlarda iştirak etmiş, lakin əsasən, hevi metal zərbçisi kimi tanınmışdır. Onun ifa sənəti "heyran edici dərəcədə yenilikçi" adlandırılmışdır.[2] Drummerworld ensiklopedik saytı onu "Zərb alətlərinin qoşa basının Xaç atası" adlandırmışdır.[3] Lombardonun metal üslubuna ciddi təsirləri olmuş, müasir metal zərbçilərini, xüsusən də treş və det metal barabançılarını ilhamlandırmışdır.[4]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.