Dahurlar — Çin Xalq Respublikasında milli azlıq statusuna sahib 55 etnik qrupdan biri, monqol dilli xalq.[2]
Yaşadığı ərazilər | |||
---|---|---|---|
| |||
Dili | |||
Dini | |||
əsasən Şamanizm, az sayda Tibet buddizmi |
Mənşə
Daur toplumunun necə formalaşdığı tam olaraq aydın deyil, belə ki, onların etnik mənşəyinə dair müxtəlif tədqiqatçı müəlliflər tarixən iki cür yanaşma formalaşdırıblar. Birinciyə görə daurlar kökən olaraq monqol mənşəlidir, ancaq sonradan güclü şəkildə tunqus-mancur təsirinə məruz qalmışdırlar. İkinciyə əsasən isə daurlar tunqus-mancur mənşəli qövm olmuş, ancaq 13-14-cü əsrdə monqol dilində danışmağa başlamışdırlar. Daurlar isə özlərini monqol dilli Kidan (Kitay və ya Xitay) xalqının birbaşa varisi hesab edirlər.[3]
Hazırda tədqiqatçıların çoxu daurları monqol kökənli hesab etməkdədir. Daurların ana dilində "Daur" sözü "əkinçi" mənasını verir.[4] Bu ada ilk dəfə Min sülaləsinin Çində hakimiyyətdə olduğu dövrə (1368-1644) aid məxəzlərdə rast gəlinir.
Dil
Ana dillərindən başqa Daurların əksəriyyəti çin və monqol dillərində, az bir qismi isə evenk, qazax və mancur dillərində danışa bilir.[5]
1990-cı il siyahıyaalınması zamanı Çində daur dilində danışanların sayı 84.950 nəfər olmuşdur.
1999-cu ilə olan məlumata əsasən Çində Daur dilində danışanların sayı 96.085 nəfər olmuşdur.[5]
Daur dili Altay dil ailəsinin Monqol dilləri qrupuna daxildir. Bu dilini iki əsas və iki yarım ləhçəsi vardır. Əsas ləhcələr Buthas və Tsitsikar ləhcələridir. 1999-cu ilə olan məlumata əsasən Buthas və Tsitsikar ləhcələrinin hər birində 35 min nəfər etnik daur danışmaqdadır.[5] İki yarım ləhcədən biri Haylar, digəri isə İli və ya Sincan ləhcəsi adlanır. Haylar ləhcəsi leksik baxımdan güclü şəkildə evenk dilinin təsirinə məruz qalmışdır, bu səbəbdən bəzən Tunqus dillərindən biri olan evenk dilinə mənsub ləhcə olaraq qəbul edilir və təsnifatı mübahisə doğurur.[5] 1999-cu ilə olan məlumata əsasən bu ləhcədə 15.5 min nəfər etnik daur danışmaqdadır.[5] İkinci yarım ləhcə olan İli və ya Sincan adlanan ləhcədə danışan daurlar isə Sincan-Uyğur Muxtar Vilayətinin İli-Qazax Muxtar Dairəsində Tarbağatay qəzasında yerləşən Çöçək şəhərində yaşayırlar. 1999-cu ilə aid məlumata əsasən bu ləhcədə 4.5 min nəfər danışmaqdadır.[5] Daurlar bura XVII əsrin 80-ci illərində Tzin sülaləsinin Çində hakimiyyəti zamanı (1644-1911) köçürülüblər.
Əlifba
XX əsrin əvvəllərinədək daurlar mancur əlifbasında istifadə edir, ədəbi dil rolunu isə əsasən ana dillərini qismən isə mancur dilini oynayırdı. Daurlar öz dillərində 1920-ci ilədək mancur əlifbasından, 1920-1956-cı illərdə latın əlifbasından, 1956-1958-ci illərdə kiril əlifbasından, 1981-1982-ci illərdə təkrar latın əlifbasından istifadə etmişdirlər. 1982-ci ildən bəri daur dili yazısız dildir və daurlar öz dillərindən məişət dili olaraq istifadə edirlər. Yazıda isə çin ieoroqliflərindən və çin dilindən istifadə edilir.[6]
Din
Daurların əksəriyyətinin dini şamanizmdir.[7] Ancaq az bir qismi Buddizmin cərəyanlarından biri olan Lamaizmi qəbul etmişdir.[4][8]
Say
Çində 1990-cı il siyahıyaalınması zamanı 121.357[4] nəfər, 2000-ci il siyahıyaalınması zamanı 132.394[5][9] nəfər, 2010-cu il siyahıyaalınması zamanı isə 131.992[1] nəfər etnik daur qeydə alınmışdır.
Məskunlaşma
Daurlar köçəri deyildirlər, oturaq həyat tərzi keçirirlər.[7] Əsasən əkinçilik və maldarlıqla məşğul olurlar.[7] XVII əsrin ortalarınadək daurlar Amur çayının yuxarı axarlarında Arqun və Zeya çayları arasında qalan vadidə yaşayırdılar.
2000-ci il siyahıyaalınması zamanı Çində 132.394 nəfər daur qeydə alınmışdır: onlardan 77.188 nəfəri Daxili Monqolustan Muxtar Vilayətində, 43.608 nəfəri Heyluntszyan əyalətində, 5.541 nəfəri isə Sincan-Uyğur Muxtar Rayonunda, 6.057 nəfəri isə az sayda Çinin digər ərazilərində yaşayırdı.
1654-cü ildə mancur əsilli Tzin sülaləsi tərəfindən hərbi mükəlləfiyytə tabe tutularaq əksəriyyəti tarixi Mancuriyanın içlərinə köçürülmüşdür.[10] Bir müddət sonra XVII əsrin 80-ci illərində az bir qismi isə sərhədləri qorumaq məqsədiylə ordu tərkibində hazırda Sincan-Uyğur Muxtar Vilayəti adlanan əraziyə köçürüldülər.[11]
Xarici keçidlər
- Записки военного топографа Григория Левкина. К вопросам территориального размежевания на Дальнем Востоке: Вал Чингисхана - граница империи Айсинь Гурунь (Золотая Империя)
- Шперк Ф. Ф.[rus.]. // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
İstinadlar
Mənbə
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.