Darqo ekspedisiyası (rus. Даргинский поход) — 1817–1964-cü illərdəki Qafqaz müharibəsi gedişində 1845-ci ildə Şeyx Şamilin iqamətgahı olan Darqo ailini tutmaq məqsədilə rus qoşunlarının 5 iyundan 20 iyuladək davam etmiş yürüşü[1]. Yürüş rusların böyük itkiləri ilə nəticələnmişdir ki, sonda onlar geri çəkilməyə məcbur olmuşlar. Darqo ekspedisiyasının nəticəsi Şamilin bölgədəki təsirinin artmasında çox əhəmiyyətli oldu.

Thumb
Darqo döyüşü, Frans Roubaud tərəfindən rəsm

Xronologiyası

Thumb
General-leytenant Vorontsov

1845-ci il iyun ayının 5-i və 6-nda rus qoşunlarının avanqardı komandan general-mayor D.V.Passek dağlıları Ançimeyer və Zunumeyer dağlarında məğlub etdikdən sonra rus qoşunlarının əsas qüvvələri komandan general-leytenant qraf M.S. Vorontsovun başçılığı ilə 20-dən çox piyada batalyonu, 16 kazak bölüyü, Gürcüstan milisinin süvari və piyada dəstələri, 46 topdan ibarət ordu üçün Darqoya gedən yolun üstündəki Andi kəndinə yol açıldı. İyun ayının ortalarında baş vermiş qanlı döyüşlər nəticəsində ruslar Andi və Qoqotl kəndlərini tutdular. Rusların ərzaq və sursat nəqliyyatlarına dağlıların daimi hücumları nəticəsində rus qoşunları burada iki həftə qalmalı oldular. Yalnız iyulun 6-da Vorontsov Darqoya qoşunun bir hissəsini – 10,5 piyada batalyo nu, 3 atıcılar rotası, 4 kazak bölüyü; cəmi 9,5 min nəfər və 16 top olmaqla yeridə bildi[1].

Thumb
Şeyx Şamil

Şeyx Şamilin əmri ilə yandırılmış Darqoya ruslar iyulun 7-də girdilər. Şeyx Şamil Darqoda rus qoşunlarını mühasirəyə alaraq faktiki öz iqamətgahını "tələ"yə çevirdi. Vorontsov qanlı döyüşlərdə xeyli itki verərək mühasirəni yarmağa nail oldu[1].

Rusların qalan qüvvələri – təqribən 5 min nəfər; onlardan da 700 nəfəri yaralı olmaqla Miskit mərzində general-leytenant R.K. Freytaqın 7,5 piyada batalyonu, 3 kazak bölüyü, 13 ədəd topdan ibarət dəstəsi ilə birləşərək 20 iyul tarixində Gerzel ailinə daxil oldular[1].

Nəticələri

Darqo ekspedisiyası rus qoşunlarının Qafqaz müharibəsi zamanı ən iri məğlubiyyəti idi. Çar ordusunun itkiləri 3,6 min nəfərdən çox, o cümlədən 3 general, 186 zabitdən ibarət oldu. Darqo ekspedisiyasının iflasa uğraması Rusiya komandanlığını İmamlığın içərilərinə uğursuz hücumlarını dayandırmağa və frontal irəliləmə sisteminə qayıtmağa vadar etdi. Bu sistem rəqibin tədricən sıxışdırılması və işğal edilmiş ərazilərdə möhkəmləndirilməsindən, o cümlədən aillərə gedən yolların meşəliklərdən təmizlənməsi, yeni istehkamların tikilməsi və sairlərdən ibarət idi[1].

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.