Dali (ilahə)
From Wikipedia, the free encyclopedia
Dali (gürc. დალი) — Cənubi Qafqaz xalqlarının mifalogiyasında ilahə. Əsasən Svan əfsanələrində görünsə də, Meqrellər kimi digər Cənubi Qafqaz xalqlarında Daliyə bərabər qəbul edilən fiqurlar da vardır. Dali dağ keçisi və maral kimi vəhşi heyvanları müdafiə edən ov ilahəsidir. Dalinin qanunlarına riayət edən ovçuların ovu uğurlu, riayət etməyənlərinki isə uğursuz keçir və onlar cəzalandırılır.
Dali əfsanələrdə əsasən, qızıl saçlı və parıldayan dərili gözəl və çılpaq qadın olaraq təsvir edilir. Əfsanələrdə bəzən sevdiyi heyvanların formasında olduğuna görə çox vaxt sürüdən fərqlənmək üçün bəzi işarələr gəzdirir. Şayiələrə görə o, dağların yuxarı hissəsindəki çuxurda yaşayır və qayalarda gəzən dırnaqlı ov heyvanlarını qoruyur. Dali bəzən əfsanəvi ov iti Qurşa ilə birlikdə olur.
Müxtəlif yazıçılar Dali və digər mifaloji varlıqlar arasındakı oxşarlıqlar haqqında yazmışdırlar. Dali Qədim yunan mifalogiyasındakı Artemida və Kelt mifalogiyasındakı Qlaistiq adlı tək buynuzlu atı əhliləşdirən bakirə qız ilə müqayisə edilmişdir. Gürcüstan mədəniyyətinin bir hissəsi olan Dali bəzi yaşlı ovçular tərəfindən meşənin dərinliklərində rastalaşa biləcəkləri həqiqi varlıq olaraq qəbul edilir.