Dağ velosipedi 2015 Avropa Oyunlarında (Qadınlar)
From Wikipedia, the free encyclopedia
Dağ velosipedi 2015 Avropa Oyunlarında (Qadınlar) — Qadınlar arasında keçirilən idman növü. Dağ velosipedi 2015 Avropa Oyunlarında 13 iyun tarixində keçirildi. Yarışlar Bakı şəhərinin Binəqədi rayonunda yerləşən MTB Veloparkda baş tutdu.
Əlavə məlumat 2015 Avropa Oyunları ...
Bağla
Yarışlarda 18 ölkənin 26 idmançısı qüvvəsini sınadı.
2015 Avropa Oyunlarında Dağ velosipedində Qadınların yarışında 2 medalı İsveçrə 1 medalı isə Polşalı idmançılar qazandı. Qızıl medalı Yolanda Neff qazandı. Yolanda Neff 1 saat 31 dəqiqə 5 saniyə nəticə göstərdi. Gümüş medalı Katrin Ştirneman qazandı. O Yolanda Neffdən 2 dəqiqə 3 saniyə geri qaldı. Bürünc medalı isə Polşalı Maya Vloşovskaya qazandı. O qızıl medal sahibi Yolanda Neffdən 2 dəqiqə 8 saniyə geri qaldı.