Dağ velosipedi 2015 Avropa Oyunlarında (Kişilər)
From Wikipedia, the free encyclopedia
Dağ velosipedi 2015 Avropa Oyunlarında (Kişilər) — Kişilər arasında keçirilən idman növü. Dağ velosipedi 2015 Avropa Oyunlarında 13 iyun tarixində keçirildi. Yarışlar Bakı şəhərinin Binəqədi rayonunda yerləşən MTB Veloparkda baş tutdu.
Əlavə məlumat 2015 Avropa Oyunları ...
Bağla
Yarışlarda 31 ölkənin 43 idmançısı qüvvəsini sınadı.
2015 Avropa Oyunlarında Dağ velosipedində Kişilərin yarışında hər 3 medalı İsveçrəli idmançılar qazandı. Qızıl medalı Nino Şurter qazandı. Nino Şurter 1 saat 41 dəqiqə 4 saniyə nəticə göstərdi. Gümüş medalı Lukas Flukkiger qazandı. O Nino Şurterdən 13 saniyə geri qaldı. Bürünc medalı isə Fabian Giger qazandı. O qızıl medal sahibi həmvətəni Nino Şurterdən 33 saniyə geri qaldı.