From Wikipedia, the free encyclopedia
D1 avtomobil yolu (sloven. Diaľnica D1) — Slovakiyada avtomobil yolu. Magistral Bratislavadan başlayıt, Trnava, Trençin, Puxov, Jilina, Martin, Poprad, Preşov, Koşitse və Mixalovtse şəhərlərindən keçir, Slovakiya–Ukrayna sərhədində sona çatır. Yolun 515,621 km-dən artıq 365,789 km-i tikilib ki, bu da yolun 71%-nin hazır olması deməkdir.
Avtomobil yolu | |
D1 avtomobil yolu | |
---|---|
Ölkə | Slovakiya |
Regionlar | |
Yol nömrəsi | D1 |
Uzunluğu | 515,261 km |
Başlayır | Slovakiya |
Bitir | Ukrayna |
Örtüyü | asfalt |
Tikilmə tarixi | 1930—2020 |
Sürət | 110 km/san |
Vəziyyəti | İstifadəyə açıq |
Vikianbarda əlaqəli mediafayllar |
O, D2 (Bratislava), D3 (Jilina) və D4 (Bratislava) avtomagistrallarını, həmçinin R1 (Trnava), R2 (Trençin), R3 (Martin), R4 (Preşov) və R6 (Puxov) avtomobil yollarının üzərindən keçir; Avropa E50, E58, E75 və E571 marşrutlarının bir hissəsidir.
Avtomobil yolu ödənişlidir və avtomobilin qabaq şüşəsində avtomobil üçün giriş icazə vərəqəsinin olması tələb edilir (Bratislavanın bir sıra zonaları istisna olmaqla).
Avtomobil yolunun inşası haqqında ilk planlar 1930-cu illərdə ortaya çıxdı. Müharibəyə qədər Slovakiyada heç nə tikilməmişdi. Müharibə başladıqdan sonra bu iş təxirə salındı. Müharibənin bitməsindən sonra tikinti bir müddətlik yenə donduruldu və yalnız 1960-cı illərdə yenidən inşası bərpa edildi. Avtomobil yolunun Çexiya hissəsində tikinti 1967-ci ildə, Slovakiya hissəsində isə 1973-cü ildə başlamışdır.
1972-ci ildə Bratislava—Senets (o zaman D61) sahəsində tikinti işlərinə başlanılmış, 1970-ci illərdə isə yolu Trnavaya qədər tikmişlər (36 km uzunluğunda). 1980-ci ildə Presşov—Kosice sahəsi əlavə edildi.
D1 avtomobil yolunun əsas ötürücüləri | ||||
---|---|---|---|---|
(0) | Bratislava — Peçna | İstismar | ||
(15) | İvanka — Dunai | Planlaşdırılır | ||
(50) | Trnava | İstismar | ||
(119) | Xoxolna — Velçiça | Planlaşdırılır | ||
(159) | Beluşa | İstismar | ||
(187) | Dolnı — Xriçov | İstismar | ||
(218) | Martin | İstismar | ||
(242) | Rujomberok (qərb) | Planlaşdırılır | ||
(248) | Rujomberok — Martinçek | Planlaşdırılır | ||
(400) | Preşov (qərb) | Planlaşdırılır | ||
(433) | Koşiçe — Olşanı | Planlaşdırılır |
Slovakiyada D1 avtomobil yolunda yerləşən körpü və keçidlər:
Slovakiyada D1 avtomobil yolunda yerləşən tunellər:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.