From Wikipedia, the free encyclopedia
Dəsuqilik və ya dəsuqiyyə[1] — sufi təriqəti.
Onları Bürhanilər də adlandırırlar. Təriqətin qurucusu Bürhanəd-Din İbrahim ibn Əbu Məcd Dəsuqidir (vəfatı: 1277 il). O, əslən misirlidir və uzun müddət Misirin Dəsuq kəndində yaşamışdır. Burada ibtidai təhsilini almış, Qurani-Kərimi və şafii hüququnu dərindən öyrənmişdir. Sonra isə təcrübəli müəllimlərin rəhbərliyi altında sufiliklə məşğul olmuşdur. Abid olub iyirmi il tərkidünya həyat-tərzi sürmüşdür. Daha sonra fəal şəkildə özünün təsəvvüf yolunun təbliğinə başlamışdır. Dəsuqilər təriqəti Misir, Sudan və Şimali Afrikada daha geniş yayılmışdır. Misirdə bu təriqət mənsublarının sayına görə, şazili və bədəvi təriqətlərindən sonra üçüncü yerdə gəlir. Onların rifailər, sührəverdilər və şazililərlə çoxlu oxşar cəhətləri vardır. Bəzən Dəsuqiləri bədəvi təriqətinin tərkib hissəsi də hesab edirlər.
Dəsuqilər də zikrləri ucadan (cəhri) edirlər. Mənsublarının ən başlıca vəzifəsi yüksək əxlaqa nail olmaq, təriqətə sadiq qalmaq, öz nəfsləri və ehtirasları ilə mübarizə aparıb onlara qalib gəlməkdir. İlk vaxtlar təriqət mənsubları xüsusi mənəvi hallara (trans hallarına) nail olmaq üçün yığıncaqlarında musiqidən və mahnılardan (səmalardan) istifadə etmirdilər. Lakin sonralar səmaların keçirilməsi təriqətin mərasimlərinin tərkib hissəsinə çevrilmişdir. Dəsuqi sufiləri yaşıl paltarlar geyinirmişlər.
Bu təriqətin şərnubitilər, aşurilər, süyutilər kimi bir neçə qolları vardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.