Dəmir adam
Marvel Comics personajı / From Wikipedia, the free encyclopedia
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Sten Li tərəfindən yaradılmş personaj, Larri Liber tərəfindən inkişaf etdirilmiş, rəssamlar Don Hek və Cek Körbi isə onun dizaynını işləmişlər. İlk dəfə Tales of Suspense #39 (üz qabığı tarixi mart, 1963) təqdim edilən personaj, Iron Man #1 nəşri ilə (üz qabığı tarixi may, 1968) fərdi başlıq əldə etmişdir.
Dəmir adam | |
---|---|
ing. Iron Man | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi | "Tales of Suspense" #39 (1963) |
Yaradıcı(lar) |
Sten Li Larri Liber Don Hek Cek Körbi |
Xüsusiyyətlər | |
Əsl adı | Entoni Edvard "Toni" Stark |
Doğum yeri | |
Cinsiyyəti | kişi[d] |
Boyu |
185,1 sm 198,1 sm (zirehlə) |
Çəkisi |
102 kq 193 kq (zirehlə) |
Göz rəngi | göy |
Saç rəngi | qara |
Növü | insan |
Vətəndaşlıq | |
Təhsili | |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
Qisasçılar Müdafiə Departamenti Güc İşləri İlluminati Yeni Qisasçılar Qalaktika mühafizəçiləri Stark Indrusties Qüdrətli Qisasçılar İldırımsaçanlar Qərb Sahili Qisasçıları |
Partnyorları | Müharibə maşını |
Köməkçiləri | Pepper Potts |
Düşmənləri |
Krimson Dinamo Qamçı |
Ləqəbləri | Qızıl Qisasçı, Tetjusin, Mərmibaş |
Gücləri |
|
Silahları | Dəmir zireh: uçmaq, 3 Max sürət, güc, dayanıqlıq, enerji partladıcıları |
Varlı amerikan biznesmeni, playboy və dahi alim olan Entoni Edvard “Toni” Stark (ing. Anthony Edward "Tony" Stark) oğurlanması zamanı sinəsindən ciddi yaralanır. Cinayətkarlar onu kütləvi qırğı silahı yaratmağa məcbur edərkən, Stark özünə gücli zirehli kostyum yaradaraq həyatını xilas edir və əsirlikdən xilas olur. Sonradan Toni kostyumunu inkişaf etdirərək ona, sahib olduğu “Stark Industries” şirkəti tərəfindən inkişaf etdirilmiş silahlar və müdafiə texnologiyaları əlavə edir. O, dünyanı xilas etmək üçün kostyumunu Dəmir adam adı ilə istifadə etməyə başlayır. Həmçinin ilk söz-söhbətdən sonra, Stark, Dəmir adam olmasını ictimayətə bəyan edir.
İlkin olaraq, Dəmir adam Sten Linin Soyuq müharibə, həmçinin ABŞ texnologiyalarının kommunizmə qarşı müharibədə rolu haqqında fikirlərini bildirməsi üçün alət olmuşdur.[3] Sonradan müasir dövrün müasir problemlərinin təsiri ilə Dəmir adama personaj kimi yeni baxış meydana gəlmiş, müəlliflər personajın dili ilə müasir siyasət və onun cəmiyyətə təsirlərindən danışmağa başlamışlar.[3]
Uzun müddət davam edən nəşr tarixində Dəmir adam “Qisasçılar” dəstəsinin təməl üzvlərindən biri olmuş və müxtəlif komiks kitablarında fərqli xarakterlərlə təsvir edilmişdir. Dəmir adam müxtəlif teleseriallar və filmlərə uyğunlaşdırılmışdır. Marvel Kinematoqrafiya Kainatına daxil olan “Dəmir adam” (2008), “İnanılmaz Halk” (2008), "Dəmir adam 2” (2010), “Dəmir adam 3” (2013), “Qisasçılar” (2012), “Qisasçılar: Altron dövrü” (2015) “Kapitan Amerika: Vətəndaş müharibəsi” (2016), “Hörümçək-adam: Evə qayıdış” (2017), “Qisasçılar: Sonsuzluq savaşı” (2018) və “Qisasçılar: Final” filmlərində Dəmir adam personajı, aktyor Robert Dauni (oğul) tərəfindən canlandırılmışdır.
IGN-in 2011-ci ildə yayımladığı “Top 10 Komiks Qəhrəmanı”[4] siyahısında Dəmir adam on ikinci, 2012-ci ildə yayımlanmış “Top 50 Qisasçı” siyahısında isə üçüncü yerdə qərarlaşmışdır.[5]