Dəmir Qübbə
From Wikipedia, the free encyclopedia
Dəmir Qübbə (ivr. כִּפַּת בַּרְזֶל, kippat barzel) — İsrail tərəfindən istehsal olunmuş istənilən hava şəraitində işləməyi bacaran qısa məsafəli hava hücumundan müdafiə sistemidir.[4] Bu sistem istənilən ərazini 4 kilometrdən 70 kilometrə qədər məsafədən atılan qısa-məsafəli raketlərdən və ya artilleriya atəşindən qorumaq imkanına malikdir.[5] İsrail gələcəkdə bu sistemlərin maksimum atəş məsafəsini 70 kilometrdən 250 kilometrə qədər artırmağı planlaşdırır.[6]
Dəmir Qübbə | |
---|---|
Tipi | qısa mənzilli hava hücumunda müdafiə sistemi |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 2011-hal-hazırda |
İstismara başlanması | 2005 |
İstismar edənlər | İsrail |
İstifadə edilən döyüşlər |
Qəzzə-İsrail münaqişəsi Müdafiə sütunu əməliyyatı Qoruyucu Sərhəd əməliyyatı |
İstehsal tarixçəsi | |
Konstruktor | Rafael Advanced Defense Systems və İsrail Aerokosmik Sənayesi |
Konstruksiya tarixi | 2005 – hal-hazırda |
İstehsalçı | Rafael Advanced Defense Systems və İsrail Aerokosmik Sənayesi |
İstehsal illəri | 2011 – hal-hazırda |
İstehsal sayı | 10 batareya[1] |
Vahidinin qiyməti |
1 batareya 50 milyon ABŞ dolları[2] 1 raket 100-150 min ABŞ dolları[3] |
Xüsusiyyətləri | |
Ağırlığı | 90 kq |
Uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
İsrail Dəmir Qübbə sistemini ilk dəfə 27 mart 2011-ci ildə Beer-Şeva şəhərində yerləşdirmişdir.[7] Bu sistem ilk dəfə 7 aprel 2011-ci ildə Qəzzədan atılan Qrad raketlərini məhv etmişdir.[8] 10 mart 2012-ci ildə ''Yerusəlim Post''da yer alan məlumata əsasən Dəmir Qübbə Qəzzə zolağından əhalinin sıx məskunlaşdığı ərazilərə atılan raketlərin 90%-ni zərərsizləşdirə bilmişdir. 2012-ci ilin noyabrında verilən rəsmi məlumata görə, sistem 4 gün ərzində Qəzzə ərazisindən buraxılan 400-dən çox raketi zərərsizləşdirməyə müvəffəq olmuşdur.[9]
Həmçinin, İsrail gələcəkdə açıq dənizdə yerləşən qaz platformalarının mühafizəsini gücləndirmək məqsədi ilə Dəmir Qübbə sistemlərinin Barak 8 ZRK ilə birlikdə işləyəcək dəniz variantını hazırlamağı da planlaşdırır.[10]