Dəmirçilər (Qubadlı)
Qubadlı rayonunda kənd / From Wikipedia, the free encyclopedia
Dəmirçilər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvıləri tərəfindən işğaldan azad edilmişdir.
Dəmirçilər | |
---|---|
39°18′54″ şm. e. 46°36′09″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
| |
Vikianbarda əlaqəli mediafayllar |
Dəmirçilər kəndinin adı "dəmirçilər tayfası"nın adı ilə əlaqədardır. XVI əsrdə Qızılbaş tayfaları sırasında adları çəkilən "dəmirçilər" sonralar "qazax tayfa birliyi"nin ən qüdrətli tirələrindən birinə çevrilmişdilər. İndi Azərbaycanda "şahsevənlər" və onlara birləşən səlcuqlar öz tayfa adlarını bir çox kəndə vermişdilər. Bu kənd sakinləri arasında onların çoxlu nəsilləri yaşayır. Qubadlıda Dəmirçilər və Muradxanlı kəndlərində də həmin tirəyə məxsus ailələr çoxdur. Dəmirçilər və Muradxanlı sakinləri arasında şahsevənli tayfalarının çoxlu nəsilləri var. Dəmirçilər sözü Azərbaycan toponomiyasında omonim yer adlarındandır. Kəndi Dəmirçilər nəslinə mənsub ailələr salmışlar. Dəmirçilər adında Qazaxda, Tərtərdə, Xocalıda da kəndlər var.