![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/92/Battle_of_Damascus_map.svg/langaz-640px-Battle_of_Damascus_map.svg.png&w=640&q=50)
Dəməşq döyüşü (2012)
From Wikipedia, the free encyclopedia
Dəməşq döyüşü — Suriyada vətəndaş müharibəsi zamanı, 15 iyul 2012-ci ildə Suriyanın paytaxtı Dəməşqə başlayan döyüş.[1] Döyüşün kim tərəfindən başladığı məlum deyil. Müəyyən mənbələrə görə, yüzlərlə üsyançı şəhərə qonşu rayonlardan soxulmuşdur. Müxalifət bundan sonra Dəməşqi ələ keçirmək üçün kütləvi hücuma keçmişdir.[2] Digər mənbələr hökumət qoşunlarının təşəbbüsü ələ keçirmək və hərbi üstünlük əldə etmək üçün ilk hücuma keçdiyini bildirmişdilər.[3] Üsyançılara yaxın mənbələr sızdırılmış döyüş planına görə, əməliyyatın vaxtından əvvəl başladığını qeyd etmişdir.
Paytaxtın bir neçə rayonunu ələ keçirən üsyançıların ilkin hücumları uğurlu olmuşdur. Şəhərin mərkəzində bombalı hücumda 4 yüksək rütbəli hökumət üzvünün həlak olmasından sonra[4] hökumət qoşunlarının şiddətli əks-hücumları nəticəsində müxalifət qüvvələri geri çəkilməyə məcbur qalmışdır.[5] 3 həftə davam edən döyüşlərdən sonra paytaxt yenidən faktiki olaraq rejim qüvvələrinin nəzarətinə keçmişdir.[6] Döyüşlər zamanı Dəməşqin mərkəzində geniş miqyasda tanklar və helikopterlərdən istifadə edilmişdir.[7][8] Şəhərin bəzi hissələri xarabalığa çevrilmişdir.