Düz Rəsullu
Gədəbəy rayonunda kənd From Wikipedia, the free encyclopedia
Gədəbəy rayonunda kənd From Wikipedia, the free encyclopedia
Düz Rəsullu — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd.[2] Düz Rәsullu inzibati әrazi dairəsinə Düz Rәsullu, Gәrmәşöylü, Göyәmli, Hüseynqulular, Rәhimli, Tәkyemişan kəndlәri daxildir. Düz Rəsullu Gədəbəyin mәrkәzindәn 43 km şimal-qərbindә, Murğuz dağ silsilәsinin şimali.Şərq әtәyindәdir. Әhalisi 2011-ci il məlumatlna görə 509 nəfərdir. Kənd sakinləri heyvandarlıq vә әkinçiliklә (kartofçuluq) mәşğuldur. Kənddə tam orta mәktәb, musiqi mәktәbi, kitabxana, tibb mәntәqәsi, mәdәniyyәt evi, poçt, ATS var.[3]
Düz Rəsullu | |
---|---|
40°39′33″ şm. e. 45°28′09″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.531 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 632 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2137[1] |
Düz Rəsullu kəndinin dəqiq salınma tarixi məlum deyil. Kəndin ağsaqqallarının ata-babalarından eşitdiklərinə görə Düz Rəsullu kəndinin 300 ildən çox qədim tarixi var. Kəndin əsasını Qazax rayonunun Dəmirçilər kəndindən köçüb gəlmiş Rəsul adlı şəxs salıb. Rəsulun nəsil ardıcdlığı üzrə-ata, oğul, nəvə, nəticə, kötükcə, ötüycə, itiycə sistemi üzrə 15 nəfərdən çox nəsl davamçıları bu kənddə doğulmuşdur.
Kənd əsasında 1993-cü ildə Düz Rəsullu inzibati ərazi vahidi yaradılmışdır.
Kiçik Qafqaz dağlarının şimal yamacındadır. Oykonim düz və Rəsullu (r-nun ərazisində məskunlaşmış rəsullu nəslinin adını əks etdirən etnotoponim) komponentlərindən düzəlib, "düzənlikdə salınmış Rəsullu kəndi" mənasındadır. Toponimin birinci komponenti kəndin relyefini təyin etməklə onu ərazidəki Çay Rəsullu kəndindən fərqləndirməyə xidmət edir.[4]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 632 nəfər əhali yaşayır.[5]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.