Dürvil dənizi
From Wikipedia, the free encyclopedia
Dürvil dənizi — Cənub okeanının akvatoriyasında, Antarktidanın şərqində, Adeli Torpağı sahilində yerləşir. Cənub hissədə dərinlik 500 m şimalda isə dərinlik 3610 m təşkil edir. İlin böyük hissəsi hərəkət edən buzlarda örtülü olur. Duzluğu 33,7-33,8 ‰ təşkil edir. Dənizin sahilləri yarıya qədər buzla örtülür. Bu ərazilər V Georq sahili və Adel Torpağı ilə birlikdə Viktoriya adlandırılır. Sahillərinə yaxın buz qayaları vardırki, onlar ilin isti vaxtı cəmi bir necə on günlərlə buzdan azad olur Aysberqlər digər dənizlərə nisbətən azdır. Dənizin temperaturu yayda 0 C, qışda -17 C təşkil edir. Burada güçlü küləklər əsir və qasırğalar baş verir.
Cəld faktlar Ümumi məlumatlar, Tip ...
Dürvil dənizi | |
---|---|
ing. d'Urville Sea | |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Dərin yeri | 3610 m |
Duzluluğu | 33,7-33,8 ‰ |
Yerləşməsi | |
65°00′00″ c. e. 140°00′00″ ş. u. | |
Ölkə | Antarktida |
Üst akvatoriyası | |
Yerləşməsi | Şərqi Antarktida |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla